Dünya

İzmir zəlzələsində möcüzə: 33 saatdan sonra dağıntılar altından sağ çıxdı – VİDEO

55 yaşlı kişi Türkiyənin İzmir şəhərində baş vermiş dəhşətli zəlzələdən sağ çıxıb. “Anadolu” agentliyi məlumat verir ki, zəlzələdən sonra xilasetmə tədbirləri zamanı Əhməd Fateh Ağar oğlu 33 saat sonra dağıntılar altından yaralı halda çıxarılıb. O, Ege Universiteti xəstəxanasına yerləşdirilib.

Siyasət

“Rusiya Qarabağda münaqişəyə müdaxilə etməyəcək”

“Rusiya Qarabağda hərbi vasitələrlə müdaxilə etmək istəmir, çünki Azərbaycan və Türkiyə ilə münasibətlər onun üçün vacibdir” – rusiyalı hərbi ekspert belə hesab edir. “Mən Rusiyanın hərbi iştirakını istisna edirəm. Azərbaycan Rusiya üçün çox vacibdir”, – Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin keçmiş rəisi, istefada olan general-leytenant Yevgeni Bujinski “İnterfaks”a bildirib. Dünən Ermənistanın baş naziri Rusiya […]

İqtisadiyyat

Nazir fermerlərə müraciət etdi: “Azad olunmuş torpaqlarımızda…”

Kənd Təsərrüfatı naziri İnam Kərimovun fermerlərə müraciət edib. Xəbəral.az-ın məlumatına görə, nazir bildirib: “Əziz fermerlər! Sizi 1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm. Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər […]

AKTUAL

Gürcüstanda müxalifət seçkilərin rəsmi nəticələrinə etiraz edir

Gürcüstanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyası səhər saat 5-ə qədər olan rəqəmləri açıqlayıb. Xəbəral.az xəbər verir ki, MSK seçki məntəqələrinin 39.98% -nin məlumatları əsasında bəyan edib ki, hakim “Gürcü Arzusu” 50.93%, Birləşmiş Milli Hərəkatın “Güc Birlikdədir” bloku -24, 68% qazanıb. İlkin məlumatlara görə, daha altı müxalifət partiyası 1-4 faiz […]

Bölgə

Cəbhəyanı yaşayış məntəqələrində külli miqdarda silah-sursat, tank və top mərmiləri aşkarlanıb – FOTO

31 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 (iyirmi beş) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 1 (bir) müraciət daxil olub. Daxil olmuş 26 çağırış əsasında Agentliyin xüsusi mobil çevik […]

Dünya

Pakistan Baş naziri ilə Ərdoğan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş Naziri İmran Xan arasında telefon danışığı olub. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Pakistanın Baş Naziri İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Prezidentinə zəng edib, başsağlığı və həmrəylik mesajlarını çatdırıb. Ərdoğan İmran Xana təşəkkürünü bildirib və ötən həftə Peşavarda törədilmiş terror aktı ilə əlaqədar bir […]

Müharibə

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Hazırda qoşunlarımız […]

MARAQLI

Saxaraya düşən meteoritdə Marsa məxsus su tapılıb – FOTO

Elm adamları Saxara səhrasına düşən meteoritdə Marsa məxsus su tapıblar. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib. Bildirilir ki, 2012-ci ildə yerə düşən “NWA 7533” meteoritinin mineral tərkibi suya xas olan oksidləşmə əlamətləri göstərib. Əvvəllər elm adamları suyun Qırmızı Planetdə 3.7 milyard il əvvəl meydana gəldiyini fərz edirdilər. Yeni bir araşdırmaya görə, bu, ən az 700 […]

Müharibə

Ordumuz düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edib – RƏSMİ

Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə ordumuz tərəfindən cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, bir ədəd PDM, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə […]

MARAQLI

İtaliyada maraqlı təşviqat: Kəndə köçənlərə illik 8000 avro ödəniləcək – FOTO/VİDEO

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano – Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar. Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək. Bu barədə CNN Travel xəbər verir. Administrasiya həmçinin yeni sakinlərin burada […]