Siyasət

Fəzail Ağamalı:Yaşasın xalqımızla ordumuzun və Ali Baş Komandanımızın sarsılmaz birliyi!

Dəyərli dostlar! Qəhrəman Silahlı Qüvvələrimiz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında yağı düşmənə, Ermənistana olduqca ciddi, ağır və sarsıdıcı zərbələr endirmişdir. Düşmənin çoxsaylı, çoxminli itkiləri və yaralıları var. Hərbi texnikası demək olar ki, sıradan çıxarılmışdır. Ermənistan ordusunda fərarilik geniş miqyas alıb. Əldə etdiyimiz dəqiq məlumata görə artıq onlar sursat, ərzaq və tibbi […]

Hərbi

MN: Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır. Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna […]

Siyasət

“Atəşkəs sülh deyil və heç bir zaman ola bilməz” – RƏSMİ

“Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”. XəbərAl.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib. O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla […]

Siyasət

“Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb” – RƏSMİ

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əks-hücumu ilə status-kvo dəyişdirildi”. XəbərAl.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib. O qeyd edib ki, 30 il ərzindən işğala əsaslanan status-kvo saxlanılırdı: “Bu status-kvonun möhkəmləndirilməsi əsasında Ermənistan tərəfindən həyata keçirilən addımlara layiqli və […]

Siyasət

XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”

“Biz nəticə əldə etmək üçün döyüş meydanında da, diplomatik müstəvidə də öz mövqeyimizi ortaya qoyuruq”. XəbərAl.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib. O bildirib ki, birinci şərt Ermənistan tərəfinin humanitar atəşkəsə razı olmağa məcbur edilməsilə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsidir: “Atəşkəs təmin edildikdən […]

Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan mənzildə 20 kvadrat metr sahədə döşəmə və 4 ədəd qapı yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən […]

Dünya

Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar – FOTO/VİDEO

Gürcüstan-Ermənistan sərhədində Ermənistana silah daşıyan yük maşını saxlanılıb. Minval.az bu barədə etibarlı mənbələrə istinadən xəbər yayır. Qeyd edilir ki, Gürcüstan sərhədçilərinin ayıq-sayıqlığı nəticəsində Ermənistana qanunsuz silah daşınmasının qarşısı alınıb. Hərbi mütəxəssislərin sözlərinə görə, fotolara və videolara əsasən demək olar ki, maşında avtomatik idarəetmə sistemi quraşdırılıb. O, komanda məntəqələrində quraşdırıla bilər və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini […]