Dünya

“The Star” azərbaycanlıların Kanadada erməni işğalçılığına qarşı etirazından yazdı – FOTO

Kanadanın məşhur “The Star” nəşri azərbaycanlıların Torontoda Ermənistan tərəfindən torpaqlarının işğal edilməsinə etiraz mitinqi barədə məqalə dərc edib. Nümayişdə 2 500 nəfərin iştirak etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan ictimaiyyəti Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağa çağırıb: “Bazar günü edilən etiraz ölkələr arasında onilliklər boyu davam edən müharibə dövründə Azərbaycanın bir hissəsini işğal etmiş Ermənistan silahlı qüvvələrinin […]

Hərbi

Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir

Ermənistan ordusu Dağlıq Qarabağda münaqişə zonasında düşdüyü çətin vəziyyətdən manekenlər vasitəsilə çıxmağa çalışır. Trend-in məlumatına görə, bununla bağlı fotoqraf Dilan Kollinz “Instagram”da material yerləşdirib. Fotoda erməni hərbi forması geydirilmiş manekenin qurşağa kimi torpağa basdırıldığı görünür. Qeyd olunur ki, bu manekenlər erməni əsgərlərdən fərqli olaraq döyüş meydanından qaçmayacaq.

Cəmiyyət

Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”

Nazirlər Kabineti yanında operativ qərargahın mövcud vəziyyətlə əlaqədar verdiyi qərara əsasən, sərnişin sıxlığının qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Bu barədə XeberAl.Az-a aşıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, sərnişin sıxlığı, eləcə də şəxsi nəqliyyat vasitələrinin çoxluğu avtomobil yollarında zolaqlar üzrə sıx […]

Cəmiyyət

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid – FOTO

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub. “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” verilişində o, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir. V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir. 18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyev […]

Hadisə

Prokurorluq: Ermənistan neft kəmərimizi hədəfə alıb

18 oktyabr 2020-ci il tarixdə, saat 13.00 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb. Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Ermənistan silahlı  qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq […]

Şou-Biznes

Tarkan ermənilərin Gəncəyə xain hücumunu qınadı: “Qəlbim Azərbaycan xalqı ilədir” – FOTO

Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib. “Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, – ulduz müğənni qeyd edib.  

İqtisadiyyat

Çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, qəbul, oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə və oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 ünvanında keçiriləcək. Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.

Cəmiyyət

İnfeksionist: “Azərbaycanda xəstələrin sayı bir gündə 1000-1500 nəfərə çata bilər” – FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı son günlər sürətlə artmağa başlayıb. Ölkədə təkcə son üç gün ərzində COVİD-19 infeksiyasına təxminən 2000 yeni yoluxma qeydə alınıb. Media.Az pandemiyanın başlanğıcından bəri xüsusi rejimli xəstəxanalarda çalışan həkim infeksionist Nicat Əzimli ilə bu barədə söhbət edib. Onun özü də koronavirus xəstəliyini keçirib, hazırda isə virusa yoluxanların sayının gündə 1000-1500 nəfərə çatacağından çəkinir. […]