Siyasət

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib. Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır. Xatırladaq ki, oktyabrın 4-də İlham Əliyev Hikmət Mirzəyevi və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması […]

Cəmiyyət

Fəzail Ağamalı: QƏLƏBƏMİZİN ŞUŞADA QEYD EDİLMƏSİNƏ SAYLI GÜNLƏRİMİZ QALIB

QƏLƏBƏMİZİN ŞUŞADA QEYD EDİLMƏSİNƏ SAYLI GÜNLƏRİMİZ QALIB Erməni faşistləri bu gecə Gəncəni dağıdıcı raketlərlə atəşə tutaraq çoxsaylı mülki vətəndaşlarımızı qətlə yetirməklə və ağır yaralamaqla ənənəvi vəhşiliyini və vandallığını nümayiş etdirdi. İnsani və Bəşəri dəyərləri ayaq altına ataraq müharibə zonasından on kilometrlərlə uzaq olan, körpələrimiz, qadın və qocalarımız da daxil olmaqla, mülkü əhalimizin yatdığı gecə vaxtı […]

Gündəm

İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Siyasət

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

“Ötən gün və bu gecə ordumuz Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar keçirib. Strateji yüksəkliklər götürülüb”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib. O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır: “Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə […]

Hərbi

Daha bir erməni polkovnik məhv edildi

Ermənistanın daha bir polkovniki öldürülüb. Erməni mühəndis, istehkam idarəsinin rəisi, polkovnik Aşot Qazaryan Azərbaycan ordusu tərəfindən məhv edilib. Qeyd edək ki, bir neçə gün əvvəl isə Ermənistanın silahlı qüvvələrinin polkovniki, hərbi hissə komandiri Vaaqn Asatryan Azərbaycan ordusu tərəfindən məhv edilmişdi.

AKTUAL

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölən və yaralananların sayı artdı – RƏSMİ + FOTO

Bu gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminini kobudcasına pozaraq Gəncəyə yenidən raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir. Qeyd edək ki, Fövqəladə […]