İqtisadiyyat

TAP layihəsinin tikintisi yekunlaşdı, ticarət fəaliyyətinə hazırlıq gedir – FOTO

Azərbaycan təbii qazının Avropaya daşınmasını həyata keçirəcək Trans Adriatik Boru (TAP) kəməri layihəsinin tikintisi yekunlaşıb. Bu barədə layihənin rəsmi saytında məlumat verilib. TAP AG şirkətinin verdiyi məlumata əsasən, tikinti işlərinə başlanılmasından 4 il yarım keçdikdən sonra TAP boru kəməri layihəsi artıq tamamlanıb. Layihəyə görə, bu boru kəməri Yunanıstan-Türkiyə sərhədindən cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər […]

Dünya

Qırğızıstan parlamentinin yeni sədrinin adı məlum oldu

Qırğızıstan parlamentinin yeni sədrinin adı məlum olub. TASS agentliyi xəbər verir ki, Kanat İsayev Qırğızıstan parlamentinin yeni sədri seçilib. K. İsayev parlamentin “Kırğızıstan” fraksiyasının üzvüdür. Qeyd edək ki, Qırğızıstanda oktaybrın 5-də başlayan etiraz aksiyalarından sonra Qırğızıstan Mərkəzi Seçki Komissiyası son seçkilərin nəticələrini ləğv edib.

İdman

Azərbaycan – Kipr matçında heyətlər açıqlandı

UEFA Millətlər Liqasının IV turunda üz-üzə gələcək Azərbaycan və Kipr komandalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar: Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 20. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 22. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev Kipr: 1. Dimitris Dimitriou, […]

Siyasət

Ceyhun Bayramov Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib. Xarici İşlər Nazirliyindən XəbərAl.Az-a verilən məlumata görə, Ceyhun Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. Etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edən Paulin […]

Cəmiyyət

Koronavirusla əlaqədar bir sıra yaşayış məntəqələrinə giriş-çıxış bağlandı – RƏSMİ

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır. Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə […]

Şou-Biznes

Rusiyada yaşayan azərbaycanlı məşhurlardan dəstək – FOTO

Ermənistanın təcavüzkarlığını dünyaya çatdırmağa çalışanlar arasında əslən Azərbaycandan olan rusiyalı tanınmışlar da var. Müğənni Jony (Cahid Hüseynli) və bloqer Hüseyn Həsənov sosial media hesablarında düşmənin dinc əhaliyə hücumunu qınayan paylaşım ediblər. Onlar paylaşımlarını #PrayForGanja heşteqi ilə ediblər.  

İqtisadiyyat

Azərbaycanın təhlükəsizliyi, Avropanın təhlükəsizliyi deməkdir – AÇIQLAMA

Trans Adriatik Boru kəməri layihəsinin bundan sonrakı mərhələsini TAP-ın İtaliyanın qaz paylama şəbəkəsinə qoşulması prosesləri əhatə edəcək. Bu barədə XəbərAl.Az-a Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, TAP-ın İtaliyanın qaz paylama şəbəkəsinə qoşulması noyabr ayının ortalarında baş tutacaq. Nəzərdə tutulduğu kimi ilin sonuna qədər […]

Siyasət

Rəsmi Bakıdan Mnatsakanyanın Moskvadakı yalanlarına SƏRT REAKSİYA

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Departamentinin Ermənistan Xarici İşlər Nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamanı şərh edib. Nazirlikdən bildirilib ki, Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır: “Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və […]

AKTUAL

DTX-nın rəisi Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür.

2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür. Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni […]