Hərbi

Azərbaycanın “Su-25” təyyarəsinin vurulması ağ yalandır – RƏSMİ

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib: “Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik”.

Cəmiyyət

Hikmət Hacıyev: “Əcnəbi diplomatlar Gəncədə dinc sakinlərə qarşı hərbi cinayəti öz gözləri ilə gördülər”

“Əcnəbi diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. “Günahsız qurbanların xatirəsini yad etmək üçün əraziyə çiçəklər qoydular”, – deyə Prezidentin köməkçisi […]

Siyasət

İlham Əliyev: “Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq”

“Gəncə belə vəhşi atəşə məruz qaldıqda hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib. “Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq. Bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan […]

Cəmiyyət

Azərbaycanda 122 nəfər koronavirusa yoluxub, ölüm qeydə alınmayıb – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19-dan vəfat edən olmayıb. Aktiv xəstə sayı 2091 nəfərdir. Ölkədə son sutka ərzində 3551, hazırkı dövrədək isə 1180271 test aparılıb.  

Hərbi

Vaqif Dərgahlı: ”Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı”

“Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yaydı. Lakin bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, […]

AKTUAL

Növbəti erməni yalanı ifşa edildi

“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin “əsgərlərimiz düşməni geri çəkilməyə məcbur edir” başlığı ilə paylaşılan video saxtadır. Videodan da aydın görünür ki, çəkiliş poliqonda hərbi təlim zamanı çəkilib və vurulan hədəflər sünidir.

Gündəm

“Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır” – Prezident

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”. XəbərAl.Az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim […]

Kriminal

Baş Prokurorluq rusiyalı jurnalistə cinayət işi açdı

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu barədə XəbərAl.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, […]

Araşdırma

Ermənipərəst jurnalistin daha bir yalanı – VİDEO

Ermənistan ictimaiyyəti daha çox “War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır. XəbərAl.Az xəbər verir ki, Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir. Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir. Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına […]