Gündəm

Azərbaycan əsgərləri Türkiyə telekanalının canlı yayımında: “Qarabağ bizimdir, bizim olacaq” – VİDEO

Azərbaycan əsgərləri Bərdə şəhərindən Türkiyənin “A HBR” xəbər kanalından canlı yayıma qoşulub. Canlı yayımda bütün işğal edilən ərazilərini erməni terrorçularından azad etmək üçün mübarizəyə hazır olan hərbçilərimiz “Qarabağ bizimdir, bizim olacaq”, “Biz zəfər çalacağıq”, “Qələbə bizimdir” kimi şüarlar səsləndiriblər. Azərbaycan hərbçilərinin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi videoda əks olunur.

Cəmiyyət

“Bakcell”dən Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1,5 mln. manat ianə

Bakcell şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna daha 1 milyon məbləğində vəsait köçürüb. Qeyd edək ki, Şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün bir neçə gün əvvəl də Ordumuza 500 min manat ianə etmişdir. Beləliklə, Bakcell tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna göstərilən maddi dəstəyin […]

Dünya

Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edib

Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib. “Report”un Avropa bürosuna daxil olan məlumata görə, oktyabrın 5-də axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə 3 erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib. Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb. Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar. […]

AKTUAL

Amerika Ticarət Palatası Ermənistanın hücumlarını pisləyir

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycana edilən bütün hücumları, xüsusilə də, Ermənistan ərazisindən mülki əhalinin yerləşdiyi böyük yaşayış məntəqələrinə və stratejik infrostruktur obyektlərinə həyata keçirilən hücumları qətiyyətlə pisləyir. Bu barədə Palatanın bəyanatında bildirilir. Palata nümayəndələri, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və […]

Cəmiyyət

“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir. Qeyd edək ki, “Nar” […]