Siyasət

İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz […]

İdman

Suareslə “Barselona” arasındakı fikir ayrılığının əsas səbəbi məlum oldu

“Barselona” klubunun hücumçusu Luis Suares mövsümün sonuna kimi komandada qala bilər. Bu barədə ESPN portalı məlumat yayıb. Məlumata görə, uruqvaylı futbolçu son mövsüm də daxil olmaqla, hətta əgər başqa kluba gedərsə belə müqavilədə qeyd olunan bütün məbləğin ödənilməsini təkid edir. “Barselona” rəhbərliyi isə hücumçuya pul ödəmək niyyətində deyil, yalnız simvolik məbləğ ödəməklə L.Suaresin “Yuventus”a keçməyinə razıdır. […]

Ana Səhfə

Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü

Sentyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qaradağ rayon prokurorluğundan verilən […]

Hərbi

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı – RƏSMİ

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur. Bölmələrimizin cavab atəşi ilə düşmən […]

Cəmiyyət

Bu gecədən hava dəyişir – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bu axşamdan fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Azərbaycanın rayonlarında bu günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında […]