Hərbi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

İdman

“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu – RƏSMİ

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə Kiprdə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub. Planlar barədə XəbərAl.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. “Qarabağ” sabah Kiprin Larnaka şəhərinə yola düşəcək. Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub. Komanda saat 19:30-da oyunun keçiriləcəyi […]

Şou-Biznes

Afaq Bəşirqızı oğlunun boşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Mətbuatda xalq artisti Afaq Bəşirqızının oğlu Təhməzov Səmralın həyat yoldaşı Təhməzova Könüldən ayrılması barədə xəbər yayılıb. Bu barədə Teleqraf.com-a danışan Xalq artisti oğlunun həyat yoldaşından boşanması ilə bağlı yayılan xəbəri təkzib edib: “Düzgün informasiya deyil”. Qeyd edək ki, Könül Təhməzova bu günlərdə 7 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun həyat yoldaşı Könül Təhməzovadan […]

İqtisadiyyat

Neftin qiyməti artır

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə edilir. RT xəbər yayır ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,54% artaraq, bir bareli 37,53 dollar olub. “Brent” markalı neftin noyabr fyuçersləri 0,28% artaraq, bir bareli 39,94 dollar təşkil edib.

Cəmiyyət

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı – FOTO

Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Report”a faktı təsdiqləyib.