Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.  

Cəmiyyət

Fəzail Ağamalı Salyan və Neftçaladan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edən tələbələri təbrik edib

FƏZAİL AĞAMALI: 2020 – 2021 ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edən və tələbə adını uğurla qazanan istedadlı gənclərin sırasında Millət Vəkili olduğum 60 saylı Salyan – Neftçala seçki dairəsinədən Parça Xalac tam orta məktəbinin məzunu Məhərrəmova Aytac Cəmil qızı III qrup üzrə 642,7 bal, Kürsəngi kənd tam orta məktəbinin […]

AKTUAL

Falçının 1 milyon aldığı xanım Kərəm Həsənovun bacısı imiş

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub. Unikal.org-un əldə etdiyi məlumata görə, Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib. Cinayət işində […]

Cəmiyyət

“Bakı Metropoliteni”nin idarə rəisi vəzifəsindən azad edildi

“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən hüquq idarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib. XəbərAl.Az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub. Bir qədər əvvəl isə metronun İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan resursları şöbəsinin rəisi Əli Əliyevin […]

MARAQLI

Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu – VİDEO

Tarix müəllimi Böyük Britaniyada “Kim milyonçu olmaq istəyər” verilişinin son 14 ildə ilk qalibi olub. 57 yaşlı Donald Fier 20 dəqiqəyə bir milyon funt sterlinq (2 175 148 AZN) qazanıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Bildirilir ki, sonuncu suala kimi onun köməklərinin (coker) üçü də qalıb. O, 15 sualdan 13-nün cavabını variantlara baxmadan tapıb. Maraqlıdır ki, […]

Dünya

Tramp qadının ABŞ prezidenti seçilmə ehtimalını etiraf etdi

ABŞ lideri Donald Tramp gələcəkdə ölkə prezidenti vəzifəsinə bir qadının seçiləcəyi ehtimalından danışıb. “RİA Novosti” bu barədə xəbər yayıb. Onun sözlərinə görə, bir gün ölkədə qadın prezident olacaq. O bildirib ki, bu qadın Demokratlar partiyasından vitse-prezident olaraq namizədliyi irəli sürülən Kamala Harris olmayacaq: “O, ən pisidir”. Qaradərili olan Kamala Harris 2017-ci ildən Kaliforniya senatorudur. Bundan əvvəl, […]

Mədəniyyət

77-ci Venesiya kino festivalının mükafatçıları məlum oldu – VİDEO

İtaliyada 77-ci Venesiya kino festivalı yekunlaşıb. Festivalının “Müqəddəs Markın Qızıl şiri” mükafatını ABŞ-da çalışan çinli Xloi Çjaonun “Köçərilərin torpağı” filmi qazanıb. TASS xəbər verir ki, mükafatları aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib. “Köçərilərin torpağı” filminin baş rol ifaçısı və rejissoru festivala qatıla bilməyiblər. Onlar onlayn formada mətbuat konfransında iştirak ediblər.

Kriminal

Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, Sulutəpə qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin təfərrüatını […]