Dünya

Ərəb şeyxinin azərbaycanlı həyat yoldaşı kömək istəyir: “Onlar uşaqlarımı qaçıracaqlar!” – VİDEO/FOTO

Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib. Vesti.az “Daily Mail”ə istinadən xəbər verir ki, video müraciət vasitəsi ilə kömək istəyən qadın iddia edir ki, ərinin yaxınları tərəfindən təqiblərə məruz qalır. Azərbaycandan olan Zeynəb Cavadlı “Instagram”a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum […]

Cəmiyyət

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub. “Qafqazinfo”nun xəbərinə görə, Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, bu vəzifəyə polis kapitanı Ruslan Zalov təyin edilib. Qeyd edək ki, R.Zalov bu təyinata qədər Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsində işləyib.

Cəmiyyət

Reklam Agentliyi nəyin qarşılığında bu qanunsuzluqlara göz yumur? – Dilimizə dil uzadanlar…

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” Qanunun işləmədiyini bildirib. Millət vəkili qeyd edib ki, hesablamalara görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. V. Əhmədov deyib ki, qanunun […]

Cəmiyyət

Tezliklə görüşəcəyik…” – Atasını ehtiyatsızlıqdan öldürən Şövqinin sözləri ÜRƏK DAĞLADI

Bir neçə gün öncə gitarist Nofəl Süleymanov oğlu Şövqinin ehtiyyatsızlığından dünyasını dəyişdi.  XəbərAl.Az-ın əldə etdiyi məlumata görə atasının dəfn mərasimində Şövqinin sözləri hər kəsin ürəyini dağlayıb. Belə ki, o, ağlayaraq “İnşallah səninlə tezliklə görüşəcəyik” sözlərini deyib. Qeyd edək ki, Şövqi atasını ehtiyyatsızlıqdan ov tüğəngi ilə kürək nahiyəsindən vurub.

AKTUAL

Əli Həsənov lüks villasında istirahət edir

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub. Demokrat.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir. Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əli Həsənovla bir yerdə istirahətdə olduğu […]

Cəmiyyət

Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı

Bakıda orta məktəb direktorunun müəllimlərdən qanunsuz tələblər irəli sürməyi ilə bağlı səs yazısı yayılıb.    XəbərAl.Az avtosfer.az-a istinadən xəbər verir ki, iddiaya görə səs yazısı, paytaxtın Səbail rayonu 162 nömrəli tam orta məktəbinin direktoru Arzu Nəzərovaya aiddir. Məktəbin direktoru müəllimlərdən qanunsuz olaraq siniflərin təmir edilməsini tələb edir. Qeyd edək ki, bu tələb qanunsuz olması ilə […]

Kriminal

Salyanda gənc bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb. Bildirilib ki, kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb. Faktla […]

Ana Səhfə

“Neftçi” yeni transferini maraqlı tərzdə təqdim etdi: Kresloda oturaraq… – VİDEO

“Neftçi” klubu yeni transferi Prins İbaranı təqdim edib. Paytaxt təmsilçisinin rəsmi televiziyası 24 yaşlı konqolu hücumçunu maraqlı tərzdə təqdim edib. “Neftçi” ilə bir illik müqavilə imzalayan afrikalı futbolçu “Bakcell Arena”dakı meydançanın üzərindəki kresloda oturaraq “Narahat olmayın, uşaqlar. Mən buradayam” deyib. Qeyd edək ki, Prins İbaranın transferinədək “Neftçi” azarkeşlərinin ən çox soruşduğu sual “hücumçu nə vaxt […]

Şou-Biznes

Qalmaqallı teleaparıcı dovşanlarına malikanə tikdirdi – FOTO

Qalmaqallarla gündəmdə adı hallanan britaniyalı televiziya aparıcısı və aktrisa Amanda Holden evinin həyətində dovşanları üçün malikanə tikdirib. “The Sun” xəbər verir ki, ev Holdenin qızları üçün keçmiş uşaq oyun evinin əsasını təşkil edib. Aktrisanın iki dovşanı üçün hazırladığı evdə iki mərtəbəli çarpayılı yataq otağı, mətbəx və qonaq otağı var. Heyvanlar üçün sahibinin üzü təsviri olan […]

İqtisadiyyat

Neftin qiyməti ucuzlaşır

Dünya bazarında neftin qiymətləri düşməkdə davam edir. RT xəbər verir ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,27 faiz azalaraq bir bareli 37,20 dollara (63,24 manat) düşüb. “Brent” markalı neftin noyabr ayına olan fyuçersləri 0,40 faiz azalaraq bir bareli 39,90 dollara (67,83 manat) qədər azalıb.