İdman

Millimizin qalib gəldiyi rəqiblə cavab oyununun vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət komandamızın (U-21) növbəti oyununun başlanma vaxtı müəyyənləşib. AFFA-nın saytı xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyunu  yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq. Qeyd edək ki, U-21 millimiz ötən il Bakıda bu rəqibinə 2:0 qalib gəlib. Hazırda hər iki komandanın […]

Kriminal

17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı

Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb. APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib. 2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib. Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb: “Vətəndaşlar pensiyalarını “Beynəlxalq Bank”dan və “Kapital Bank”dan verilmiş bank kartları vasitəsilə həmin bankların […]

Dünya

ABŞ-ın üç ştatı meşə yanğınlarının cəngində: Ölənlər var

ABŞ-ın üç ştatında – Kaliforniya, Oreqon və Vaşinqtonda meşə yanğınları səbəbilə son 24 saat ərzində altı nəfər həlak olub. Bu barədə NBC telekanalı məlumat yayıb. Vaşinqtonda meşə yanğınları nəticəsində bir nəfər, Oreqonda isə azyaşlı uşaq və nənəsi ölüb. Kaliforniyada yanğınlar üç nəfərin həyatına son qoyub. Kaliforniyada hadisə nəticəsində ölənlərin sayı 11-ə çatıb. Xatırladaq ki, bu il […]