İqtisadiyyat

ABŞ-ın Xəzər regionuna investisiya qoyması müzakirə olunub

Xəzər Siyasi Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə bu ölkənin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı ekspertlərini, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Əfqanıstanın yüksək vəzifəli şəxslərini bir araya gətirərək, “Blue Dot Network” təşəbbüsü və Xəzər regionunda infrastruktur layihələrinə investisiyalar barədə vebinar keçirib. Bu barədə Xəzər Siyasi Mərkəzindən […]

Cəmiyyət

Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi TƏYİN ETDİ

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub. Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub.

Cəmiyyət

Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib. “Unikal.org”un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb. Onların yerinə hələlik təyinat yoxdur. Xatırladaq ki, Elmir […]

Mədəniyyət

Benksinin sabiq agenti anonim rəssam haqqında danışdı – FOTO

“Benksi – çox güclü konsepsiyadır. Sirli müəllifin adının heç vaxt açıqlanmayacağını düşünürəm”. “Zvezda”nın məlumatına görə, bu sözləri anonim rəssamın sabiq agenti Stiv Lazarides deyib. O, həmçinin rəssamın əsərlərindən ibarət şəxsi kolleksiyasını satışa çıxardığını bildirib. Məhsullar arasında şahzadə Diananın təsviri olan məşhur saxta əskinas da var.   “Benksi divanədir. Mən onu mədəni dahi hesab edirəm. O, heç […]

Şou-Biznes

Karantindən istifadə edib bıçaq altına yatdılar – FOTO

Son zamanlar görünüşündə dəyişiklik etmək istəyib plastik əməliyyata üz tutanların sayında artım müşahidə olunurdu. Karantin günlərində isə bu hal daha da çoxaldı. Toyların, dəvətlərin və efirlərin olmamasından istifadə edən bəzi şou-biznes nümayəndələri də plastik-əməliyyat üçün karantini fürsət bildilər. Axşam.az pandemiya dövründə bıçaq altına yatan tanınmışları təqdim edir: Əməkdar artist Lalə Məmmədova rinoplastikaya müraciət edib. Müğənni […]

Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxmada müsbət dinamika: Sağalanların sayı artdı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, ötən müddət ərzində isə ümumilikdə […]

Cəmiyyət

Körpə nərə balıqları Kür çayına buraxılıb

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev XəbərlAl.Az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun […]

Araşdırma

Səfər Mehdiyevin ətrafında Gömrük talançılığı işini dərindən bilən Əbülfəz Məlikov kimdir?

Uzun illərdir yaradılmış bütün imkan və şəraitə baxmayaraq, sistemli və şəffav iş prinsipi qura bilməyən Dövlət Gömrük Komitəsinin gələcək fəaliyyəti ilə bağlı yeni planlar hazırlanır. Məlumatlı mənbələrdən Bizimxeber.az-a verilən məlumata görə, hazırda gömrük sistemində qurulmuş köhnə qaydalar başqa formada, daha doğrusu bir qədər müasir və daha peşəkarlıqla davam edir. Bu hallar da dövlət büdcəsinin artmasına, […]

AKTUAL

Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı – İDDİA

XəbərAl.Az Vətəninfo.az-a istinadən xəbər veririk ki, Ramiz Mehdiyevin biznes ortağı Azay Möhlətov ölkədən qaçıb. A.Möhlətov “AF Holdinq Şirkətlər Qrupu”nun (“AF Hotel & Aqua Park”, “Uğur-97” və s. şirkətləri) prezidentidir. O, həmçinin Azərbaycan Memarlar Birliyinin üzvüdür. Bildirilir ki, A.Möhlətov R.Mehdiyevlə bağlı baş verən hadisələrdən sonra müalicə adı ilə Almaniyaya gedib. Qeyd edək ki, “Boz kardinal”ın qeyri […]