Şou-Biznes

Məşhur aktrisanı tanımaq mümkün olmadı – FOTO

Məşhur türkiyəli aktrisa Miray Daner yeni serial üçün imicini dəyişib, saçlarını qara rəngə boyayıb. “Haber Global” məlumat verir ki, aktrisanın yeni imicdə fotoları “BluTV”nin “Twitter” səhifəsində dərc edilib. M. Danər “BluTV”də yayımlanacaq “Saygı” serialında rol alacaq. İzləyicilərin əksəriyyəti aktrisanın yeni imicini bəyənib.  

İqtisadiyyat

Azərbaycanda ÜDM-in artımı gözlənilir

Azərbaycanda 2021-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) artım tempinə qayıdacaq. Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair rəyində bildirilir. Sənədə əsasən, əgər dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğu kimi il üzrə ortalama 35 dollar qalarsa, bu zaman 2021-ci ildə ÜDM 3 faiz artacaq. 2020-ci ilin yenilənmiş proqnozuna görə, […]

Dünya

Binəli Yıldırım koronavirusa yoluxduğunu açıqladı

AKP-nin İzmir millət vəkili və Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu açıqlayıb. Bu barədə “Milliyet” yazıb. “Bu səhər Semiha xanımla birlikdə Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Aparılan yoxlamalar nəticəsində COVID-19 testimizin nəticəsi müsbət çıxdı. Vəziyyətimiz yaxşıdır. Həkimlərimiz evdə qalmağımızı uyğun gördülər”, – deyə B.Yıldırım bildirib.  

Cəmiyyət

Tofiq Yaqubluya hökm oxundu

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Xeberal.Az “Report”-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi. […]

Cəmiyyət

Gəncədə Əməkdar Artisti Ölüm Həddinə Çatdıran İdarə Rəisi İmiş:Artıq Kirayə Pulunu Da Verə Bilmirəm

Gəncə Dövlət Teatrının aparıcı aktrisası, əməkdar artist Kəmalə Məmmədovanın səhhətində problem yaranıb. Aktrisanın kirayə qaldığı evində halı qəfildən pisləşib. O, dərhal təcili tibbi yardıma müraciət edib. Xeberal.Az xəbər verir ki, Ölkə.az-a danışan aktrisa açıqlamasında koronavirus pandemiyası ilə əlaqədər işsiz qaldığını, buna görə də ikinci bir işdə çalışmaq üçün Sənan Hacıyevə dəfələrlə müraciət etdiyini bildirib: “Pandemiya […]