Dünya

Səudiyyə BƏƏ və İsrailə hava məkanını açdı

Səudiyyə Ərəbistanı BƏƏ və İsrail arasında baş tutacaq bütün aviareyslərdə hava məkanından istifadə etməyə icazə verib. Xeberal.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir neçə gün əvvəl İsrail-BƏƏ anlaşmasından sonra iki ölkə arasındakı ilk ticarət uçuşu reallaşıb və bu reys zamanı Səudiyyə Ərəbistanının hava məkanından istifadə edilib.

Siyasət

Prezident sərəncam imzaladı: 17 ədəd subartezian quyusu qazılacaq

Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli […]

Cəmiyyət

Parlamentin “payızı” – “Uşaqpulu” bərpa oluna bilər, MSK-nın yenidən formalaşdırılması gözlənilir

Milli Məclisin payız sessiyasında deputatlar “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılmasına çalışacaqlar. Bu barədə Oxu.Az-a parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib. Bir müddət öncə Milli Məclis sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün üçün parlamentdə İşçi qrupu yaradılması barədə göstəriş verib. 2006-cı il yanvarın 1-dək Azərbaycanda “uşaqpulu” verilirdi. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə […]

Siyasət

Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbərə RƏSMİ MÜNASİBƏT

“Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, […]

Dünya

“Facebook” və “Twitter” Rusiya ilə əlaqəli hesabları blokladı

“Facebook” və “Twitter” “kordinasiya edilən təsdiqlənməmiş hərəkətlər” səbəbindən Rusiya strukturları ilə əlaqəli bəzi hesabları silib və ya bloklayıb. Bu barədə sosial şəbəkələrin press-relizlərində bildirilir. “Facebook”un xəbərinə görə, Rusiya İnternet Tədqiqat Agentliyi ilə əlaqəli 13 hesab və iki səhifə sosial şəbəkədən silinib. Bu, həmin səhifələrin fəaliyyətinin Böyük Britaniya, ABŞ, Əlcəzair və Misirə yönləndirilməsi ilə bağlıdır: “Bu […]

Kriminal

Bakıda kişi bıçaqla arvadının üzünü kəsdi

Növbəti məişət zorakılığı faktı ötən gün ərzində Bakının Səbail rayonu 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qeydə alınıb. Bu barədə Xeberal.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 1998-ci il təvəllüdlü S.Nəzərova polisə şikayət edərək evdəki münaqişə zamanı 1989-cu il təvəllüdlü əri T.Rəhimov tərəfindən döyüldüyünü deyib. Bundan əlavə, kişi arvadının üzünü bıçaqla kəsib. T.Rəhimov hələ saxlanılmayıb, faktla bağlı araşdırma aparılır. […]

Təhsil

Təhsil naziri əmr imzaladı

Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydləri təsdiq edib. Xeberal.Az xəbər verir ki, nazirin əmrində məqsəd təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Qaydalarda qeyd olunub ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar […]