Cəmiyyət

DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir. Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin […]

Hərbi

Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi – VİDEO

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd “OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

AKTUAL

Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu Aşotun Qarabağdakı döyüşlərə qatılacağını söyləmişdi.   XəbərAl.Az Ermənustan KİV-nə istinadən xəbər verir ki, bu populist açıqlamadan bir saat keçdikdən sonra o, yenidən danışaraq  oğlunun cəbhəyə getməyinə lüzum olmadığını deyib.   “İndi aydın olub ki, oğluma döyüş meydanında ehtiyac yoxdur”-deyə o söyləyib. Ermənistan müxalifəti isə Anna […]

AKTUAL

“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

Ermənistan Azərbaycana hücum etməzdən əvvəl PKK terror təşkilatı ilə razılaşıb. Bu barədə “Haber Global” Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən xəbərə istinadla məlumat verib. Bildirilib ki, iyul ayının sonunda əldə edilən razılaşmaya əsasən, PKK/YPG üzvü olan təxminən 300 terrorçu avtobuslarla Ermənistan və Qarabağa göndərilib. Onların Dağlıq Qarabağdakı erməni hərbçilərinə təlim keçdikləri qeyd edilir. Son aylarda Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsinə aparılan […]

AKTUAL

Prezident: “Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq”

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olsa da, Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib. “İndi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda […]

Gündəm

Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi

Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib”. XəbərAl.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib: “Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun  komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib”.