AKTUAL manset

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: “Anaların milliyyəti olmur”

Jurnalistin işdən çıxarılması ətrafında qalmaqal böyüyür, ciddi qanun pozuntusuna yol verdiyi bildirilir   Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ” qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən bəyanat yayıb. Jurnalist bəyanatında bildirib ki, noyabr ayının 3-də öz “Facebook” səhifəsində ölkə başçısına Qarabağla bağlı müraciət etdikdən sonra, çalışdığı “Qarabağ” qəzetinin redaksiya rəhbərliyi tərəfindən ona təzyiq […]

AKTUAL manset

“Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki…”

“…o, istədiyi adamların hamısını götürsə, icra başçılarının 70%-i, nazirlərin də, heç olmazsa, 50%-i içəridə olmalıdır” “Palanı döyəcləməklə iş bitmir, o adamları Prezidentə təqdim edənləri həbs etmək lazımdır” Tanınmış politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik: – Cümşüd müəllim, bir müddətdir görünmürdünüz, “Facebook” hesabınızı da işlətmirsiniz. Nə baş verir? – Sosial şəbəkələr üzərində əleyhimə kampaniyalar aparmağa başladılar, […]

AKTUAL manset

Baş redaktor ölkə rəhbərliyinə müraciət ünvanladı: Cənab prezident məktublarım niyə cavabsız qalır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Surəti: Azərbaycan Respublikasının birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya  Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə  “Xəbəral.az” informasiya portalının baş redaktoru Mirismayıl Xələfli tərəfindən Ə R İ Z Ə Möhtərəm cənab Prezident! Yazıb sizə bildirirəm ki, son zamanlar ölkə mediyasını Əli Hsənovun və KİVDF-nin rəhbəri Vüqar Səfərlinin işlədirkləri dönəmdə […]

Kriminal manset

“Bandotdel” onları belə yaxaladı – Əməliyyat görüntüsü (VİDEO)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyat tədbiri həyata keçirilib, qidaya yararsız 4 ton at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Xəbəral.az  DİN-ə istinadən xəbər verir ki, Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi […]

İdman Manşetüstü

Avropa ölkəsində “Formula 1” 2027-ci ilə qədər keçiriləcək

Macarıstan Qran-prisi ən az 2027-ci ilə qədər “Formula 1” təqvimində qalacaq. Xəbəral.az  AP nəşrinə istinadən xəbər verir ki, Macarıstan tərəfi yarış rəhbərliyi ilə müqavilənin müddətini daha bir il uzadıb. Əvvəlki razılaşma 2026-cı ilə qədər qüvvədə idi. Qeyd edək ki, bu il Macarıstan Qran-prisi təqvimə əlavə edilib və azarkeşsiz keçiriləcək. Ölkədə ilk “Formula 1” yarışı 1986-cı ildə […]

Manşetüstü Şou-Biznes

Əməkdar artist qızıl yel xəstəliyinə tutulub

“Sol ayağımda ciddi problemlər yaranıb. Ayağımı yerə basa bilmirəm. Altıncı gündür ki, yerdə yatıram. Uşaqlar qucağında məni aparıb-gətirir”. Bu sözləri Əməkdar artist Aybəniz Haşımova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. Sənətçi “Qızıl yel” xəstəliyinə tutulduğunu açıqlayıb: “Heç bilmirəm bu hadisə necə başıma gəldi. Həyatım boyunca bu xəstəlik barədə heç bir şey eşitməmişdim. Keçən həftənin altıncı günü […]

AKTUAL manset

Qadağadan sonra Bakı küçələri – Fotolar

Bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində evdən çıxmaq qadağan edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Xəbəral.az-a verilən məlumata görə, bu həftədən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb. Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra qaydaları pozaraq həftəsonu evdən çıxanlar cərimə […]

Hadisə manset

Xaçmazda narkotik becərən şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Xəbəral.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış […]

Kriminal manset

Bakıda 37 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Xəbəral.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.