AKTUAL manset

Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxıb. Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.

manset Siyasət

Partiya sədrləri generalların cəbhə bölgəsinə səfərini şərh edib

Siyasi partiyalar Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfərinə münasibət bildirib. Xəbəral.az  xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu səfərlərin ən azı düşməni narahat etdiyini və bu narahatlığın Azərbaycan üçün vacib olduğunu bildirib. O hesab edir ki, Azərbaycan Prezidentinin köməkçisi […]

manset Siyasət

İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib — VİDEO

Prezident İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib. Müsahibədə əsasən koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən profilaktik və müdafiə tədbirlərindən söz açılıb. Prezident ölkəmizdə COVID-19-a görə tətbiq edilən xüsusi karantin rejimindən, onun nəticələrindən danışıb. Həmin müsahibəni videoyazı şəklində təqdim edirik.

Kriminal manset

Yevlaxda qaraçı qətlə yetirildi

Yevlaxda qətl hadisəsi baş verib. Xəbəral.az xəbər verir ki, hadisə rayonun Kamil Nəsibov küçəsində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü, qaraçı milliyətindən olan əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Dərvişov həmin millətdən olan tanışı 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu söyüş üstündə bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən R.Dərvişov saxlanılıb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda […]