İdman Manşetüstü

Ronaldo anasına bahalı maşın hədiyyə etdi — FOTO

Portuqaliya millisi və “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldo anası Dolores Aveyruya bahalı avtomobil hədiyyə verib.  Xəbəral.az xəbər verir ki, bu barədə D.Aveyru şəxsi “Instagram” səhifəsində paylaşım edib. 35 yaşlı futbolçu “Mercedes GLC Coupe” avtomobilini “Analar günü” münasibətilə valideyni üçün alıb. Qiyməti 100 min avro olan lüks avtomobilin görüntüləri sosial şəbəkədə yayılmağa başlayıb. (baku.ws)

Hadisə manset

Lənkəranda partlayış baş verdi — ölən və yaralanan var

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Demokrat.az xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun […]

Dünya manset

İŞİD-in 4 terrorçusu məhv edildi

İraqda “Haşdi Şabi” qruplaşması Səlahəddin şəhərində İŞİD qruplaşmasının hücumunun qarşısını alıb. Xəbəral.az  Rusiya mediasına istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 4 terrorçu öldürülüb. Bildirilib ki, terrorçular “Haşdi Şabi”nin mövqelərinə hücum etməyə hazırlaşırdı.