manset Sosial

Aynur Camalqızı: “Bu virus bizimlədir, biz onunla yaşamağı öyrənməliyik”

“Koronavirusa yoluxanların sayı dünyada 6 milyonu ötüb, dörd yüz minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib və Operativ Qərargahın hər gün yaydığı statistikaya nəzər salanda görürük ki, Azərbaycanda da vəziyyət qənaətbəxş deyil”. Xəbəral.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camal ölkədə pandemiya ilə əlaqədar yaranmış vəziyyəti şərh edərkən […]

Hadisə manset

Kürdəmirdə üçotaqlı ev yanıb külə döndü

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Xəbəral.az-a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli, üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə manset

Göyçayda 16 yaşlı gənc kanalda batdı – Foto

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Xəbəral.az  xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Qaraməryəm kənd sakini, 16 yaşlı İsmayıl Mehrah oğlu Cəbiyev Yuxarı Şirvan kanalında çimərkən boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib. Onun meyitinin tapılaraq […]

AKTUAL manset

Şamaxı ağsaqqallarından Prezidentə müraciət – Mətn

Şamaxı rayon ağsaqqalları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Xəbəral.az  müraciətin mətnini təqdim edir: “Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi […]

manset Siyasət

“Prezident İlham Əliyev tarixçilərə dərs keçdi” – Əli Hüseynli

Prezident İlham Əliyev ötən gün qaçqınlarla görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çətinliklə olsa da, gördüyü işləri xatırlatmaqla yanaşı həm də buraxılmış səhvləri, müstəqilliyin formal olması, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı. Xəbəral.az  xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib. Komitə sədri əlavə […]

İdman Manşetüstü

“Zirə”nin baş məşqçisi: “Bir neçə futbolçu ilə razılıq əldə olunub”

“Sevindirici haldır ki, məşqlərin bərpasına icazə verilib. Amma 3 ayadək fasilədən sonra çətinliklərimiz olacaq, əsasən də zədələr qaçılmazdır”. Bu fikirləri Xəbəral.az-a açıqlamasında “Zirə” komandasının baş məşqçisi Zaur Həşimov deyib. 39 yaşlı mütəxəssis bildirib ki, AFFA-dan məşqlərin startı üçün xəbər gələcəyi andan hazırlıqlara başlayacaqlar. Həşimov digər ölkələr kimi, Azərbaycanda da çempionatın bərpasına qərar verilməsinin təqdirəlayiq addım […]

manset Siyasət

ABŞ konqresmenlərindən Azərbaycanla bağlı BƏYANAT

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo məlumat verib. Xəbəral.az xəbər verir ki, M. Pompeo İranın mülki sahədə nüvə tədqiqatları aparan iki aliminin adını sanksiyalar siyahısına salındığını bildirib. Bununla yanaşı, İran Buşehr Atom Elektrik Stansiyasının inşasında iştirak edən Rusiya və Çin şirkətlərinə fəaliyyətlərini dayandırmaq üçün 60 gün […]

manset Siyasət

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xəbəral.az-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, […]

Dünya manset

Əmin olun: korona siyasətdir… – Lukaşenko

Koronavirus pandemiyasının yarısını xəstəlik, digər yarısını siyasət təşkil edir. Xəbəral.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Mən əvvəlki kimi bir prinsipi qoruyuram. Xəstəlik bu pandemiyanın yarısını təşkil edir. Yerdə qalanı isə siyasətdir. Siz buna tezliklə əmin olacaqsınız”, – deyə o bildirib.

AKTUAL manset

Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı…

Azərbaycanda bir-birinin ardınca həbs olunan icra başçılarının külli miqdarda var-dövlət topladıqları aşkara çıxarılır. Onların hamısı təxminən eyni sxemlə qanunsuz gəlir əldə edirlər: dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatından yayındırmaq, rayonda fəaliyyət göstərən iş adamlarını soymaq, rayonun müxtəlif dövlət idarələrindən “haqq” toplamaq. Aşkarlanan faktlar göstərir ki, rayon icra hakimiyyəti orqanlarının fəaliyyətində çox ciddi şəffaflığa ehtiyac var. Məhz […]