Siyasət

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. APA xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il […]

Mədəniyyət Siyasət

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

Vətəndaşların evdə qaldıqları müddət boyu vaxtlarını səmərəli keçirmələri məqsədi ilə “Evdə qal, evdə yarat!” adlı təşəbbüsə start verilib.  Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Bunun üçün iştirakçılar “Kreativ Azərbaycan” Facebook səhifəsini izləməli, yaratdıqları işləri #evdəqalevdəyarat haştaqı ilə öz səhifələrində […]

Dünya

İtaliyada bir gündə koronavirusdan 651 nəfər ölüb

İtaliyada son sutka ərzində koronavirusa yoluxmuş 651 nəfər vəfat edib. APA-nın xəbərinə görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.