Cəmiyyət

Rövnəq Abdullayevin avtomobili “protiv” çıxdı.

  İzləyicilərimizdən birinin saytımıza göndərdiyi videogörüntüdə 14 mart tarixində Keşlə qəsəbəsində Rövnəq Abdullayevin 10 AA 999 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücünün tam olaraq əks yola çıxıb hərəkət etdiyi görünür. Biz isə bütün rəsmiləri qanuna əməl etməkdə sıravi vətəndaşlar üçün nümunə olmağa səsləyirik. Videogörüntünü təqdim edirik.

Cəmiyyət

DYP Bakı, Sumqayit və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı

Bakı, Sumqayit və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP İdarəsi açıqlama yayıb. Daxil olan açıqlamada bildirilib ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük […]

Şou-Biznes

Türkiyə gözəli istirahətdə: Cazibədar bədən quruluşu hər kəsi heyran qoydu – FOTO

“Miss Türkiyə 2018” gözəllik yarışmasının qalibi Şevval Şahin tətildə çəkilmiş şəkilləri ilə sosial şəbəkəni silkələyib. Bu barədə “Milliyet” yazıb. Cazibədar model sevgilisi Yiğit Marcus Aralla birlikdə Mayamidə istirahətə yollanıb. 21 yaşlı Türkiyə gözəli sosial şəbəkə hesabında çimərlik geyimində çəkdirdiyi şəkillərini paylaşıb. Modelin qüsursuz bədən quruluşu izləyiciləri tərəfindən heyranlıqla qarşılanıb.

Cəmiyyət

Fəzail Ağamalı Novruz bayramı münasibətilə bir qrup ahılı təbrik etmişdir

Bu gün ilaxır çərşənbəsi bayramı münasibətilə deputat köməkçisi Xidmət Orucov Fəzail Ağamalının adından Şəkərli kənd sakini 89 yaşlı Qumru Məhərrəmovanı, Yenikənd kənd sakini 94 yaşlı Sona Heseynovanı, Qardili kənd sakini 87 yaşlı Piruzə Salamovanı, həmçinin hər iki valideynini itirmiş Rəvanə və Rəqsanə Talıbovanı təbrik etmiş, onlara bayram sovqatı verilmişdir.