Cəmiyyət

Millət vəkili vətəndaşları karantindən qorxmamağa çağırıb

“Vətəndaşlarımızı karantindən qorxmamağa çağırıram”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib. Q.Paşayeva bildirib ki, dünya ölkələri çox ağır vəziyyətlə üzləşiblər: “Hətta bəzi ölkələr fövqəladə vəziyyət rejimi elan ediblər. Amma Azərbaycanda dövlətin, hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bu virus geniş yayılmayıb.  Hazırda ölkəmizdə bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. […]

Siyasət

Prezident icra başçıları barədə: “Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər?”

“Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaq, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən […]

Mədəniyyət

Rafael Dadaşov İkinci Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Rafael Dadaşov sabah dəfn olunacaq. Bu barədə  Mədəniyyət Nazirliyindən açıqlama verilib. “Xalq artistinin cənazəsi sabah saat 14:00-da evindən götürüləcək. O, II Fəxri xiyabanda dəfn ediləcək”. Qeyd edək ki, R.Dadaşov bu gün günorta saatlarında vəfat edib. Xatırladaq ki, martın 14-də, 00:00-dan etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, […]

Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı şayiə yayanlara sərt xəbərdarlıq – RƏSMİ

“Koronavirusla əlaqədar şayiə yayanlar barəsində hüquqi məsuliyyət tədbirləri görüləcək”. Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “ASAN Radio”ya müsahibəsində bildirib. E.Sultanov qeyd edib ki, bu məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını, bütövlükdə dünya ictimaiyyətini narahat edir: “Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB tərəfindən Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə koronavirusun yayılmasının qarşısının alınması […]

Cəmiyyət

Baş Prokurorluğun sözçüsünün doğum günüdür

Bu gün Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun doğum günüdür. Bu gün E. Sultanovun 57 yaşı tamam olur. E. Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra ali təhsil alaraq iki ixtisasa sahib olub. Belə ki, E. Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin […]

Cəmiyyət

“Sınıq körpü” postunun rəisinin maşınla adam öldürdüyü deyilir – Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasındadır

Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir. Vurulan şəxs hadisə yerində ölüb. Avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir. Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobil hazırda […]

Cəmiyyət

Koronavirusla mübarizədə dövlətimiz lazımi tədbirlər görür – Deputat

Millət Vəkili İlham Məmmədov koronavirusla mübarizədən danışdı. Son vaxtlar dünyanı təşvişə salan koronavirusla mübarizədə dövlətimiz lazımi tədbirlər görür və mühüm qərarlar qəbul edərək insanlarımızın bu təhlükədən maksimum qorunmasını təmin edir. Uzun illər sağlamlığın keşiyində duran tanınmış həkim ,Yevlax rayonundan Millət Vəkili seçilmiş İlham Məmmədov redaksiyamıza koronavirusla bağlı gorülən işlərdən danışarkən, bu bəlanın qarşısını almaq üçün […]