Dünya

Rusiya ordusunda tibbi maskaların istifadəsinə başlandı – FOTO

Rusiya ordusunun əsgərləri koronavirusla mübarizə tədbirləri çərçivəsində tibbi maskalardan istifadə etməyə başlayıb. Bu barədə “HaberGlobal” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Müdafiə Nazirliyi həmçinin, COVID-19 yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi hissələrə daxil olan və çıxan nəqliyyat vasitələrinin dərmanlandığını, bəzi əsgərlərin nüvə fəlakətləri zamanı istifadə olunan qoruyucu geyimlər geyindiyini qeyd edib.

Cəmiyyət

Mətbuat Şurası KİV-lərə müraciət etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaq. Buna görə də şura kütləvi informasiya vasitələrini rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırır. Bu barədə Azərbaycan Mətbuat Şurasının saytında yerləşdirilən məlumatda deyilir. “Jurnalistlər nəzərə almalıdırlar ki, indiki […]

Dünya

ÜST koronavirusla mübarizəyə vəsait toplamaq üçün fond yaratdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ianələr toplamaq üçün Həmrəylik Fondunun (Solidarity Response Fund) yaradıldığını elan edib. Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib. Bildirilir ki, fond xəstəliklə qlobal mübarizədə yaxından iştirak etmək üçün dünyanın istənilən yerində olan fiziki şəxs, korporasiya və müəssisələrə bir araya gəlməyə imkan verəcək. Toplanan vəsaitlər bütün ölkələrə, xüsusilə də risk altında olanlara böhrana hazır olmağa […]

Cəmiyyət

Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək – RƏSMİ + VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər. Belə ki, həmin nəqliyyat vasitəsini […]

Kriminal

Bakıda DTX və Baş Prokurorluqdan birgə əməliyyat: Qanunsuz valyuta mübadiləsi aparanlar ələ keçdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasəti nəticəsində, son günlər dünya ölkələrində yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar qlobal maliyyə və enerji bazarlarında baş verən dəyişikliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində makroiqtisadi və maliyyə sabitliyi etibarlı şəkildə qorunub saxlanılmaqdadır. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, […]

Dünya

Yunanıstan hökuməti əhalini evdən çıxmamağa çağırdı

Yunanınstanda koronavirus səbəbindən üçünçü ölüm hadisəsi baş verib. “Haber Global”ın məlumatına görə, bu barədə Yunanıstanın Səhiyyə idarəsindən açıqlama verilib. Ölən şəxslər 62, 67 və 92 yaşında olublar. Yunanıstanın Baş naziri Kiryakos Miçotakis televiza vasitəsi ilə verdiyi açıqlamada ölkəni koronavirusla bağlı çətin günlər gözlədiyini bildirib. Səhiyyə qurumları isə əhalini məcbur olmadıqları təqdirdə evlərindən çıxmamağa çağırıb.

İdman

Bakıdakı daha bir yarış ləğv olunur: Beynəlxalq federasiya məlumatlandırılıb

8-10 may tarixlərində Bakıda keçiriləcək ənənəvi cüdo üzrə Böyük Dəbilqə turniri ləğv oluna bilər. Bu barədə  Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu məlumat verib. O bildirib ki, ölkədə tətbiq olunan xüsusi rejimlə bağlı Beynəlxalq Cüdo Federasiyasına (IJF) məktub ünvanlayıblar: “Bildiyiniz kimi, koronavirus təhlükəsinə görə, aprelin 30-dək nəzərdə tutulmuş Rabat, Tbilisi, Antalya Qran Priləri, […]

Cəmiyyət

Azərbaycanda icra başçısı müavinini işdən çıxardı – FOTO

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müavinini işdən çıxarıb. “Qafqazinfo”nun məlumatına görə, rayon başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Neymətovu vəzifəsindən azad edib. Bundan başqa, Köhnə Xudat inzibati ərazi dairəsi üzrə nümayəndə Şölə Mirzəyeva və Qalağan inzibati ərazi dairəsi üzrə nümayəndə Turabova Vahidə yaş həddinə görə vəzifələrindən azad edilib.

Siyasət

İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub. “Haber Global” xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub. Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo […]