Cəmiyyət

Toylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? – REPORTAJ

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Bəs görəsən, toy tarixini əvvəlcədən müəyyənləşdirən vətəndaşların restoranlara verdiyi behlər geri qaytarılacaqmı?   Paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayı ilə […]

İqtisadiyyat

Azərbaycanda tibbi maska istehsalı müəssisəsi açılır – VİDEO

“Həm koronavirusun, həm dünya bazarlarında neftin qiymətlərinin dəyişməsindən irəli gələrək, biz il ərzində iqtisadi fəallığın dəstəklənməsi alətlərini araşdırırıq”. Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib. Onun sözlərinə görə, bunlardan biri də yerli istehsalın artırılması, yerli istehsala əlavə sifarişlərin verilməsi, o cümlədən, dövlətin resurslarından, maliyyə vəsaitlərindən istifadə etməkdir. Son vaxtlar istehlak bazarında tibbi vasitələrə, spirt […]

Cəmiyyət

Nazirlər Kabineti xəstə işçilərin əmək fəaliyyəti barədə qərar verdi – RƏSMİ

Alış-veriş mərkəzlərində xəstə olan əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılır. Bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalarda öz əksini tapıb. Belə ki, Nazirlər Kabineti xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək.

Sənaye və energetika

Mikayıl Cabbarov: “Təşvişə düşüb mağazalardan kütləvi alış etmək üçün heç bir əsas yoxdur”

Azərbaycanda son dövrlər bəzi insanların təşvişə düşərək mağazalardan kütləvi alış etməsi üçün heç bir ciddi əsas yoxdur. Bu fikirdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ərzaq məhsulları ilə tam təchiz olunduğunu və koronavirusa görə yükdaşımalarda heç bir məhdudiyyət tətbiq edilmədiyini deyib. O, bildirib ki, hazırda ticarət şəbəkələri, mağazalar, eynilə anbarlarda gündəlik təlabat  malları, o cümlədən […]

Sosial

Milli Məclisin komitə sədri: “Vətəndaş dövlətin işinə dəstək verməklə özünü, ailəsini qorumuş olacaq”

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus infeksiyası (COVID-19) ilə bağlı qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıb. COVİD-19 infeksiyasının yaratdığı vəziyyətlə bağlı Azərbaycan hökumətinin ölkəmizdə məhz pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlaması təqdirəlayiqdir”. Bunu  açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin […]

Cəmiyyət

BŞİH-dən məktəb binasının tikintisi zamanı evə ziyan dəyməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu 2-ci Mədən, korpus 93 adlanan ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, sözügedən ərazidə yaşayan və tikinti zamanı evində problem yaşadığını iddia […]

Müharibə

Zakir Həsənov düşmən təxribatlarının qarşısının dərhal alınması barədə əmr verdi – VİDEO

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib. Z.Həsənov martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, […]

Cəmiyyət

Bakıda qəlyan qadağasını pozan məşhur kafe və restoranda reyd – FOTO

Nazirlər Kabineti Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir. Departamentdən  verilən məlumata görə, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, hələ […]

Cəmiyyət

AZAL vətəndaşlara müraciət etdi: Bu şəxslər biletlərini cəriməsiz geri qaytara və ya dəyişdirə bilər

Əvvəl də bildirildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycanın Milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib. Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, sərnişinlərin […]

İdman

“Neftçi” fəaliyyətini dayandırdı

“Neftçi” Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, koronavirusa yoluxmaq riskini azaltmaq məqsədi ilə bütün fəaliyyətini bir neçə müddətə dayandırıb. Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.