Cəmiyyət

Azərbaycanda yüksək vəzifəli şəxs həbs edildi

Azərbaycanda daha iki yüksək vəzifəli şəxs həbs edilib. “Yeni Sabah”ın xəbərinə görə, Oğuz-Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunublar. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi […]

İdman

Ronaldunun koronavirusla bağlı testinin nəticəsi açıqlandı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus epidemiyası ilə bağlı testdən keçib. Ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb. Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək. Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Kriştianu Ronaldu doğulduğu şəhər olan […]

Cəmiyyət

Azərbaycanda daha dörd nəfərdə COVID-19 aşkarlandı – VİDEO

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda qeyd olunub ki, bundan əvvəl xüsusi rejimli xəstəxanaya […]

Cəmiyyət

“WhatsApp”da ölüm xəbəri yayılan oğlan danışdı – “Zarafat idi”+Video

Bir neçə gün öncə WhatsApp statuslarında koronavirusdan ölüm xəbəri yayılan Eyvaz Cəfərov “Real TV”-yə danışıb. O, açıqlamasında bunun WhatsApp zarafatı olduğunu bildirib. Qeyd edək ki, dostların zarafatı vətəndaşlar arasında əsassız panikaya səbəb olub. Buna görə də, Eyvaz Cəfərov dostu Faiqlə etdiyi zarafata görə özünə haqq qazandırmır.  

İdman

“İdmanda terror” mövzusunda dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikasında idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir. Yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq bu gün Gənclər və İdman Nazirliyi, […]