Siyasət

Prezident Şahin Mustafayevə yeni vəzifə verdi

Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib. Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb. Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev […]

Şou-Biznes

Murad Dadaşov bu müğənnilərin efirə çıxmasına qadağa qoydu

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.   O, ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. M.Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı […]

Şou-Biznes

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılıb.

Onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb. ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib: “Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”. N.Səfərli isə bu barədə sualları cavablandırmayıb. S.Cahidlə əlaqə saxlamaq […]

Cəmiyyət

DTX-dan daha bir əməliyyat: Üç yüksək vəzifəli məmur həbs olundu – Rəsmi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma […]

Cəmiyyət

Dövlətçiliyimizin qorunmasında önəmli xidmətləri olan Azərbaycan Polisi

Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır. Dünyanın siyasi xəritəsində bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu xalqımızın tarix boyu qazandığı ən mühüm nailiyyətdir. Belə bir nailiyyətin əldə olunması və qorunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz sarsılmaz […]

Cəmiyyət

Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

Şabran rayonunda kişi dəm qazından boğularaq ölüb. Hadisə rayonun Ağbaş kəndində qeydə alınıb. Kənd sakini – 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Cəmiyyət

Ucarda çirkab suları küçələrə axıdılır – VİDEO

Ucar rayonunda çirkab suları küçəyə axıdılır. Rayonun Dədə Qorqud yaşayış massivində kanalizasiya xətləri olmadığından binalardan və həyət evlərindən küçələrə axıdılan çirkab suları məhəllələrdə toplanır. Bir neçə il əvvəl massiv ərazisində kanalizasiya borularının çəkilməsinə başlanıb, amma işlər yarımçıq qalıb. Bu səbəbdən məhəllədə yaşayan 180 evin kanalizasiya suları küçələrə axır. Sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət […]