Siyasət

Azərbaycan Prezidenti: “Parlament seçkiləri bütövlükdə xalqımızın iradəsini tam ifadə edir”

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin bu gün keçirilmiş ilk iclasında nitq söyləyib. Dövlət başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, […]

Siyasət

Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, Adil Əliyev və Fəzail İbrahimli müavin seçilib

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib. Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib. Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Siyasət

Qənirə Paşayeva: “Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı Prezidentin ciddi tövsiyələri oldu”

“Prezident İlham Əliyev Milli Məclisdə ölkəmizdə əldə edilən uğurlar, görülən işlər, qarşıdakı hədəflər barədə təxminən bir saat proqram xarakterli çıxış etdi”.  Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurları daha da inkişaf etdirmək üçün hökumət və parlament birlikdə fəaliyyətini daha da gücləndirməlidir: “Bu uğurları daha […]

Siyasət

Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HAL

Milli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. O, 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir. Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. […]

Siyasət

Yeni çağırış Milli Məclisin ilk iclası başa çatdı – YENİLƏNİB + FOTO

Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxunub. Məsələ səsə qoyularaq qəbul edilib. Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir […]

Cəmiyyət

Baş redaktor Prezidentə şikayət etdi: XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR.

“Conflict.az” saytının Baş redaktoru Bakir Həsənbəyli ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: Cənab Prezident! Yaşadığım Xətai rayonu, Cavanşir küçəsində, mənzilimin qarşısında ikimərtəbəli, birinci mərtəbəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdən gələn səs-küy illərdir ki, normal və sakit yaşayışıma ciddi mane olur. Sizin 8 saatlıq iş günü göstərişinizin əksinə olaraq, gün ərzində 17-18, bəzən […]

İdman

Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO

Nigeriyanın “Nasarava Yunayted” klubunun futbolçusu Çieme Martins ölkə çempionatı çərçivəsində “Katsina Yunayted” klubuna qarşı oyunda huşunu itirərək yerə yıxılıb. “Sport24” xəbər verir ki, faciə martın 8-i günorta baş verib. Futbolçu huşunu itirdikdən sonra meydançada duran təcili tibbi yardım maşını işə düşməyib. Nəticədə o, xəstəxanaya jurnalistlərin maşını ilə çatdırılıb. Oyunun sonunda komanda yoldaşlarının ölüm xəbərini eşidən futbolçualr […]