Ana Səhfə

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” uğurlu layihələr həyata keçirməkdə davam edir. Azərbaycan Texniki Universitetinin (AzTU) 3 ən yaxşı nəticə göstərmiş tələbəsini baş ofisinə dəvət edən mobil operator tələbələri semestr boyu nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib və onları dəyərli hədiyyələrlə mükafatlandırıb. AzTU-nun İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin qabaqcıl tələbələrinin […]

Tədbirlər

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan,  şəhid ailələrini təmsil edən qadınların  iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  açaraq iştirakçıları  bayram münasibəti ilə təbrik edərək, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi və bildirdi ki, 1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən […]

Siyasət

Yeni seçilmiş Milli Məclisdə 8 partiya təmsil olunacaq

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin yekununu təsdiqləyib. Milli Məclisdə 8 partiya təmsil olunacaq. Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının […]

Şou-Biznes

Manaf efirdə meydan oxudu: “Sənin yerinə bu sözü kişi desəydi, gecə ilə həll edərdim” – VİDEO

Müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərinə münasibət bildirib. O, bu barədə “Hər şey daxil” verilişində danışıb: “Haqqımda danışanın sənəti yoxdur. O, vacib deyil. Sənətim barədə Habil Əliyev, Ağaxan Abdullayev, Niyaməddin Musayev sözünü deyib. Mənim nə boyda sənətim var, onu bilirlər. Sənətkar desə, inciməzdim. Oxumaqdan xəbəri yoxdur. Dediyi ləzzət […]

Cəmiyyət

Bərdədə qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçiriblər. […]

Şou-Biznes

Cazibədar modelyerdən şok etiraf: “Hər şeyim sponsorlora aiddir”

Türkiyədə yaşayan modelyer və müğənni İvana Sert həyatı ilə bağlı etdiyi etirafla gündəmə gəlib. Bu barədə “Posta” qəzeti yazıb. Məşhur modelyer verdiyi açıqlamada çoxlu pul xərclədiyi günlərin geridə qaldığını və artıq qənaət dövrünün başladığını qeyd edib. “Son 10 ildir geyim, makiyaj və saçlarıma pul vermirəm. Hər şeyim sponsorlara aiddir, yəni havayıdır”, – deyə İvana Sert […]

Dünya

Bağçada azyaşlıya təcavüz etmək istədilər

Rusiyanın Omsk vilayətində bağçada azyaşlıya təcavüzə cəhd olunub. MK-nın xəbərinə görə, bu barədə beş yaşlı qızın anası polisə müraciət edib. O bildirib ki, bağçaya dəvət edilən fotoqraf kişi qızına qarşı seksual xarakterli hərəkətlər edib. Araşdırma zamanı həmin şəxsin kimliyi müəyyənləşdirilib. Onun 41 yaşlı Omsk sakini olduğu məlum olub. Həmin şəxs istintaqa cəlb edilib. Faktla bağlı bağçadakı […]

MARAQLI

Qadının gözlərini çıxarıb yedi – VİDEO

Şizofreniyadan əziyyət çəkən qadın xəstəxanada başqa bir xəstənin gözlərini çıxarıb. “Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Adana şəhərində baş verib. Hücum edən qadın zərərçəkənin onu söydüyünü iddia edib. Məlumata görə, bəzi səslər eşitdiyini iddia edən 56 yaşlı Sultan Güner əri Mehmet Güner tərəfindən Adanada “Dr. Əkrəm Tok Ruhi və Nevroloji Xəstəliklər Xəstəxanası”na gətirilib. Müayinədən […]

Cəmiyyət

Azərbaycanda keçmiş nazirə vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev müşaviri, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasova yeni vəzifə verib. Unikal.org-un məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Xəbəri AMEA-dan Unikal.org-a təsdiqləyiblər.

Dünya

Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü

Rusiyanın Moskva şəhərində təcili yardım çağırışına gələn tibb işçiləri döyülüb. Gazeta.ru-nun xəbərinə görə, pnevmaniyası olan uşağa təcili yardım çağırılıb. Tibb işçiləri çağırış yerinə qoruyucu geyimdə gəliblər. Bundan qəzəblənən uşağın atası onları döyüb. Nəticədə, onların birinin burnu sınıb və kəllə-beyin travması alıb. Hazırda hadisənin təfərrüatı aydınlaşdırılır.