Siyasət

Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı iclası mətbuata açıq keçiriləcək

Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək. Bu barədə  Konstitusiya Məhkəməsindən bildirilib. Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib. Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.

Sosial

Nazirlər Kabineti yanında Qərargah: “Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”

“Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Qarayeva deyib ki, karantinə alınan şəxslərin sayı daim dəyişdiyindən hazırda karantində nə qədər adamın olmasını demək mümkün deyil: “Müayinə və müşahidələr davam edir. Nəticələrlə bağlı məlumatlar Operativ Qərargah tərəfindən ictimaiyyətə verilir”.

Cəmiyyət

Xızı polisi məktəblilərlə görüş keçirib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı RPŞ-nin təşkilatçılığı ilə rayonda yerləşən R.İsmayılov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbir keçirilib. Tədbirdə Xızı RMX-nın və təhsil şöbəsinin əməkdaşları, həmçinin məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Faiq […]

Cəmiyyət

Polis məktəbliləri mükafatlandırdı

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hənifə kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına riayət edək” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib. Çıxış edən Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı […]

Müharibə

Ordunun şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşdü – FOTO/VİDEO

Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir. Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər […]