Cəmiyyət

Ağstafada ana qızına görə intihar etdi

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib. “Report”un  məlumatına görə, hadisə Zəlimxan kəndində baş verib. Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb. Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlər olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma […]

Siyasət

Prezident İlham Əliyev Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi: – Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin […]

Siyasət

Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı Avropa çempionatındakı tarixi uğuru münasibətilə təbrik edib

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının paylaşımında deyilir: “Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. […]