Ana Səhfə

Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb – FOTO

Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb. AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb. Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.  

Ana Səhfə Siyasət

Onların dairəsinin nəticələrinin ləğvinə belə qərar verilib – İclasdan

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki […]

Dünya

31 yaşlı kişi anasının qatili oldu

Türkiyənin Kocaeli şəhərinin Kandıra rayonunda psixi pozuntulardan əziyyət çəkən 31 yaşlı Emrah. D anası Fatma D.-ni ev tüfəngi ilə qətlə yetirib. “HaberGlobal” məlumat verir ki, hadisə gecə saat 04:00 radələrində baş verib. Atəş səsinə oyanan qonşular dərhal təcili tibbi yardım xidmətinə zəng ediblər. 64 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. […]

Hadisə

İmişli rayonunda baş verən avtoqəzada bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. Avtoqəza İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb. Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlunun idarə etdiyi “KİA” markalı 90-GM-961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürcü avtomobilin altında qalaraq ölüb. Avtomobildə olan Bəhramtəpə qəsəbə sakini, […]

Siyasət

Ölkə başçısı: “Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir”

Azərbaycanda bərpaolunan enerjiyə böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edərkən deyib. Dövlət başçısı bildirib ki, bu ilin yanvarında ölkəmiz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların […]

İdman

Azərbaycan güləşçisi erməni rəqibi üzərində əzmkar qələbə qazanıb

Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı üstələyib. Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə […]

Cəmiyyət

Mitinq təşkilatçılarına XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına – Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib. Fərəc Kərimli bildirib ki, bu gün onlar BŞBPİ-yə dəvət olunaraq, rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı ilə görüşüblər. Görüşdə onlara xəbərdarlıq olunub ki, mitinqin […]

Ana Səhfə Cəmiyyət

Zəhra Hüseynli 6 aylıqdır Ay sonuna kimi təcili əməliyyat keçirilməlidir körpənin üzərində

Zəhra Hüseynli 6 aylıqdır. Anadan gəlmə Spina Bifida (onurğa kanalında dəri altı sahəyə doğru kisə), Hidrosefaliyadan əziyyət cəkir. XəbərAl.az saytı xəbər verir ki, Ay sonuna kimi təcili əməliyyat keçirilməlidir körpənin üzərində. Əməliyyati 2 mərhələli olacaq. İlkin mərhələ ücün 7000 AZN tələb olunur. Dostalar balaca ZƏHRAMIZI darda qoymayaq. Xahiş edirik maddi və mənəvi dəstəyinizi əsirgəməyin ZƏHRADAN! […]

Siyasət

İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə danışıqlarda – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində […]