Siyasət

Fəzail Ağamalı PA-nın şöbə müdiri ilə görüşündən danışdı: “Məmnun qaldım”

  Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ana Vətən Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı ilə görüşüb. Bu barədə F.Ağamalı özü məlumat yayıb. “Azərbaycan Respublikasının Prezident Administiratsiyasının siyasi partiyalar və qanunvericlik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşümüz oldu. Görüş zamanı siyasi […]

Cəmiyyət

İcra başçısı eşşək südünü 80 manata satırmış

  Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və onun kadrları haqda maraqlı məlumatlar yayılıb. Moderator.az-a danışan Neftçala sakini adının çəkilməsini istəməyib. O, icra başçısının və Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun ferması olduğunu qeyd edib: “İsmayıl Vəliyevin rayonda bir çox obyektləri və […]

Siyasət

İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”

“Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib. Dövlət başçısı bildirib ki, buna görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq: “Bu gün […]

Cəmiyyət

Çindən gətirilən kivi qurusunda koronavirus təhlükəsi – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan  verilən məlumata görə, “Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib. Daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan […]

Cəmiyyət

Aktyor nəvəsinin toyu günü vəfat etdi

Xalq artisti, Gənc Tamaşaçılar Teatrınin aktyoru Ağaxan Salmanlı vəfat edib. Bu barədə məlumatı teatrın mətbuat xidmətinin rəhbəri Pərvin xanım yayıb. O bildirib ki, dünən nəvəsinin toyunda iştirak edən aktyorun halı səhər saatlarında qəflətən pisləşib və Ağaxan bəy keçinib. Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət […]

Cəmiyyət

Azərbaycanda müəllim sinifdə “Məsti-xumar” mahnısına oynadı – VİDEO

Bakıda məktəbdə “Məsti-xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb. İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli Unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib: “Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu video qış tətilində hesabat hazırladığım zaman çəkilib. Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım. Yorğunluğumu, […]

Dünya

Putin və Ərdoğan İdlibi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə “Ria Novosti” Rusiya Xarici İşlər naziri Sergey Lavrova istinadən məlumat yayıb. S.Lavrov bəyan edib ki, telefon danışığı Rəcəb Tayyib Ərdoğanın xahişi ilə baş tutub. “Ətraflı söhbət olub. Müzakirə İdlibdəki razılaşmanın şərtlərinin yerinə yetirilməsinə həsr edilib”, – deyə S.Lavrov bildirib.

AKTUAL Cəmiyyət

Biləsuvarda koronavirusa görə səyyar çadırlar quraşdırıldı – VİDEO

Biləsuvar sərhəd-keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səyyar çadırlar quraşdırılıb. Bu barədə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahdan bildirilib.

MARAQLI

Tərbiyəçi əynini gec geyinən uşağı qəddarcasına döydü – VİDEO

Yeddi yaşlı uşaq əynini gec geyindiyi üçün tərbiyəçi tərəfindən qəddarcasına döyülüb. Baş verənlər barədə görüntüləri uşağın atası sosial şəbəkədə paylaşıb. Atanın sözlərinə görə, prokurorluğa, Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə dəfələrlə bu mərkəzlə bağlı şikayətlər daxil olub. Döyülən digər uşaqlar hətta polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıblar. Lakin mərkəzdə nə uşaqlara münasibət dəyişib, nə də müəllimlərə […]

AKTUAL Cəmiyyət

Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Frunze 5 ünvanında yaşayan sakinlər yol və su problemindən əziyyət çəkirlər. Baku TV xəbər verir ki, yolların bərbad vəziyyətdə olması, kanalizasiyanın işləməməsi və suyun gəlməməsi barədə sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər. Onlar müraciətlərinin bu günədək cavabsız qaldığını bildirirlər: “Yağışlı havada küçələrimiz gölü xatırladır, yay aylarında içməyə su tapmırıq. Kanalizasiya isə bütün […]