İdman Manşetüstü

Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub. XəbərAl.az-ın məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. Bununla da qadınlardan […]

manset Siyasət

Prezident Adıgözəlovu təltif etdi – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin”.

AKTUAL manset

İşdən çıxarılan başçıya yeni vəzifə verildi

Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib. APA-nın məlumatına görə, YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib. Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz […]

AKTUAL manset

Sosial problemlərinin həllinə dəstək istiqamətində çalışan “Çıxış Yolu” komandası imkansız gənclərə toy etdi-FOTOLAR

Dünən Siyaqut Palace də xeyriyyə toyu hamının sevincinə səbəb oldu. XəbərAl.az xəbər verir ki,bir müddət əvvəl, illərlə dəmir vaqonda yaşamış, imkansız bir ailəyə ölkənin birinci xanımı, Birinci Vitse-prezident Mehriban Əliyeva Bakının Suraxanı rayonunda 2 otaqlı mənzil hədiyyə etmişdi. Anasız böyümüş İki yeniyetmə məhz Mehriban xanımdan analıq qayğısı gördü və isti ocaqla, evlə təmin olundu. Bu […]

Hadisə manset

17-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Moskva ətrafında yaşayış evlərinin birində 3 yaşlı uşaq 17-ci mərtəbədən yıxılıb. XəbərAl.az Rusiya mediasına istinadən xəbər ki, hündürlükdən yıxılan uşaq sağ qalıb. O, ağır travmalarla xəstəxanaya yerləşdirilib. Məlumata görə, pəncərədən düşən qız evdə tək olub. Azyaşlının vəziyyətinin ağır olduğu deyilib. Polis faktla bağlı cinayət işi açıb.

AKTUAL manset

Araz Əlizadənin müsahibəsi Türkiyədə etirazla qarşılandı – Atilla Sertel: “Belə fikirləri yalnız ermənilər söyləyə bilər”

Deputat Araz Əlizadə İTV-də yayımlanan 3D proqramının qonağı olub.   XəbərAl.az xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib.   Aparıcı sual verib ki, “siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində  Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub?” […]

AKTUAL manset

Qarabağ və Çernobıl əlillərinə daha 50 avtomobil paylandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.   Avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl […]

AKTUAL manset

Bakıda güclü külək 3 ağacı aşırdı

Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.   Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend.az-a bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib: “Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri […]

Hadisə manset

Daşkəsənə ilk qar yağdı

Daşkəsən rayonuna qar yağıb. Report-un məlumatına görə, axşam saatlarından başlayaraq Azərbaycanın Qərb bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Daşkəsən rayonuna səhər saatlarından yağmağa başlayan qar hələ də davam edir. Hazırda ətraf rayonlarda və Gəncə şəhərində yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

manset Siyasət

Türkmən parlamentarilər Azərbaycana gəlir

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır. XəbərAl.az-ın məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq. Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.