Cəmiyyət manset

“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

  XəbərAl.az xəbər verir ki,bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri ötüb. Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. […]

Dünya manset

120 saat başa çatır, Ərdoğan Putinlə görüşür: Nələr olacaq?

Ankara ilə Vaşinqton arasında əldə olunan sazişə əsasən, PKK-PYD-SDQ terror qruplaşmasına təhlükəsizlik bölgəsi sərhədlərini tərk etməsi üçün verilən 120 saatlıq vaxt bu gecə Türkiyə saatı 22:00-da başa çatacaq. XəbərAl.az xəbər verir ki, son məlumatlara əsasən, bölgəni ABŞ-ın nəzarəti altında 125 maşınlıq karvan tərk edib. Məsələ ilə bağlı Almaniya mətbuatına danışan Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim […]

Dünya manset

“Hər an cavab verə bilərik” – Səudiyyə İranı hədələdi

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İran silahlarından istifadə olunub. Bu hücumlara cavab verilməsi hələ də gündəmdədir”. XəbərAl.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib. Adil el-Cübeyr rəsmi Ər-Riyadın müharibə istəmədiyini, amma hazırkı durumun da qəbuledilməz olduğunu bildirib: “İran bölgədəki davranışlarını ölçüb-biçməlidir. “Aramco” neft müəssisəsinə hücumda istifadə olunan silahlar İrana aid […]

Kriminal manset

Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü – Bakıda olay

Bakıda bacısını təhqir edən şəxsi öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. XəbərAl.az  xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq. İttihama görə, bu ilin iyulun 21-də, saat 17 radələrində Xətai […]

İdman Manşetüstü

Lev Yaşin mükafatına namizədlər açıqlanıb

Fransanın “France Football” nəşri 2019-cu il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb. XəbərAl.az-ın məlumatına görə, bu ada braziliyalı Alisson Bekker (“Liverpul”, İngiltərə), ispaniyalı Yan Oblak (“Atletiko”, İspaniya), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), ispaniyalı Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə), fransalı Uqo Lyoris (“Tottenhem”, İngiltərə), kamerunlu Andre Onana […]

AKTUAL manset

Baş prokuror Siyəzəndə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 25-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan XəbərAl.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən rayonuna […]

Dünya manset

Son dəqiqə: ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…

Türkiyəyə sanksiya layihəsinin müəllifləri, amerikalı senatorlar Kris Van Ollen və Lindsey Qraham Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı idarə heyətinin başçısı İlham Əhmədlə görüşüb. XəbərAl.az  xəbər verir ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutub. Görüş barədə açıqlama verən Ollen terrorbaşını “Suriya kürdlərinin yüksək rütbəli siyasi nümayəndəsi” adlandırıb və qeyd edib: “İlham Əhmədlə görüşdən sonra Suriyanın […]

Hadisə Manşetüstü

Bakıda dəhşətli olay: 31 yaşlı qadın öldü

Bakıda 31 yaşlı qadının ölümü ilə nəticələnən yol qəzası baş verib. XəbərAl.az xəbər verir ki, Xəzər rayonu ərazisində – Beton yol kimi tanınan Zığ şosesində “Nissan Sunny” markalı avtomobil yolu keçməyə çalışan 31 yaşlı qadını vurub. Zərbənin gücündən xeyli kənara düşən gənc qadın hadisə yerindəcə keçinib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, […]

manset Region

İrana qonşuluğunda DƏHŞƏTLİ HÜCUM planlaşdırılır – Nazir hər şeyi AÇIQLADI

“Saudi Aramco” neft platformasına edilən hücumda istifadə olunan raketlərin İran istehsalı olduğunu bilirik. Bütün bölgə üçün dağıdıcı müharibəni istəməsək də, daim hücuma məruz qalmaq niyyətində deyilik. XəbərAl.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici işlər naziri Adil əl-Cübeyr deyib. “Bu raketlərin cənubdan deyil, şimaldan gəldiyini də bilirik. Cənubdan gəlmələri üçün mənzilləri kifayət etmir. BMT-dən […]