AKTUAL manset

Mətanət Əsgərqızı:Kimlərsə ölkədə qarışıqlıq salmaq, Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək istəyir

XəbərAl.az xəbər verir ki,Əsgər Ailələrinə Dəstək ictimai birliyi VƏTƏNƏ XƏYANƏTDƏ suçlu bilinən əsgərlərin valideynləri tərəfindən Bərdədəki hərbi hissəyə hüçumu pisləyir. Verilən məlumatlardan bəlli olur ki, hücum edənlər Azərbaycan ordusunun zabit və əsgərlərini təhqir etməklə yanaşı fiziki güc tətbiq etmək istəyiblər. Əsgər Ailələrinə Dəstək ictimai birliyi bu hərəkəti vətənə xəyanət adlandırır. Əslində Oktyabrın 3-də Rusiya Federasiyasının […]

Cəmiyyət manset

Müəllimlərdən pul yığan direktor işdən qovuldu

Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb. Təhsil Nazirliyindən XəbərAl.az-a verilən xəbərə görə, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar. Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun […]

Dünya manset

Fransalı nazir: Ölkədə terror təhlükəsi yüksəkdir

“Fransada terror təhlükəsinin səviyyəsi hələ də çox yüksəkdir”. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Kristof Kastaner bildirib. O, 2013-cü ildən etibarən ölkədə 59, bu il ərzində də üç terror hücumunun qarşısının alındığını qeyd edib: “Radikal cərəyanlarla bağlı işlərin istintaqı çərçivəsində demək olar hər gün kimlərsə saxlanılır”.

İqtisadiyyat Manşetüstü

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2019)

“Bakı Fond Birjası” QSC (BFB) bu ilin yanvar-sentyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb. XəbərAl.az  Birjaya istinadən xəbər verir ki, renkinqə 6 886 856 966 manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. Növbəti yerlərdə 2 635 603 117 manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 1 547 225 427 manatla “Xalq Kapital […]

İdman Manşetüstü

“Qarabağ” “Neftçi”nin rekorduna yaxınlaşıb

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ”ın 7 oyunda 7 qələbə qazanması çempionatın tarixinə düşüb. XəbərAl.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, […]

Manşetüstü Mədəniyyət

Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır

Bu gün Bakıda Qaraçay-Çərkəz Respublikası (Rusiya) Mədəniyyət Günləri başlayır. Bu barədə XəbərAl.az-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakı ofisinin Mətbuat xidmətindən məlumat verilib. Bu gün Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert keçiriləcək. Konsertdə Qaraçay-Çərkəz Respublikasından çoxlu sayda yaradıcı qrup iştirak edəcək. Nümayəndə heyətinə Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov və Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət […]

Cəmiyyət manset

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: qorxunc külək gəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. XəbərAl.az  xəbər verir ki, küləyin sürəti isə 25-30 metr saniyəyədək […]

Kriminal manset

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Belarusda saxlanılıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. XəbərAl.az-ın xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sadiq Əhmədov Belarusda saxlanılıb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur. S.Əhmədovun Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.

Dünya manset

“İlin sonunadək vaxtınız var” – Danışıqlar dayandırıldı

“ABŞ qənaətbəxş addımlar atmadıqca, bu yorucu danışıqları davam etdirməyəcəyik”. XəbərAl.az xəbər verir ki, bu barədə Şimali Koreyanın yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilir ki, ötən dövr ərzində Şimali Koreya ilə aparılan danışıqlarda ABŞ tərəfinin mövqeyində heç bir dəyişiklik baş verməyib: “Tramp administrasiyası Şimali Koreya ilə hazırlıqsız qatıldığı müzakirələri daxili siyasətdə şəxsi maraqları üçün istifadə edir”. Şimali […]