Gündəm manset

Lavrov Qarabağı Kosovaya bənzətdi: Nə demək istəyir?

Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı. Bu da onu göstərir ki, Rusiya Paşinyanı və onun siyasətini qəbul etmir. XəbərAl.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Putin İrəvana qarşı soyuq münasibət göstərməkdə davam edəcək: “Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” […]

Dünya manset

Putin pıçıldadı: “Heç kimə demə” – ABŞ silkələndi/Video

Rusiya Prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub. XəbərAl.az xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons “Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub. Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: “Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik […]

Dünya manset

Aleksandr Lukaşenkonun Ermənistana səfərini yarımçıq dayandırmasının səbəbi açıqlanıb

“Belarus prezidenti Aleksandr Lukaşenkonun ailəsində bədbəxt hadisə baş verdiyi üçün Avrasiya İqtisadi İttifaqının Ali Şurasının tədbirini tez tərk etdi”. XəbərAl.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Aleksandr Lukaşenkonun ailəsində yas mərasimi olduğu üçün tədbiri tez tərk edərək Ermənstandan getdi. Onun həmin mərasimdə iştirakı vacib idi”, -deyə o, vurğulayıb. Qeyd […]

Manşetüstü Mədəniyyət

Rus Dram Teatrı oktyabr repertuarını açıqlayıb

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı oktyabr repertuarını açıqlayıb. Teatrdan XəbərAl.az-a verilən məlumata görə, tamaşalar oktyabrın 4-dən 27-dək davam edəcək. Teatrın repertuarında yer alan tamaşalar aşağıdakılardır: 4 oktyabr – “Yeddi gözəl”; 5 oktyabr – “Əli və Nino”; 6 oktyabr – “Evlənmə”; 13 oktyabr – “Vanya dayı”; 18 oktyabr – “Maqbet”; 20 oktyabr […]

Manşetüstü Mədəniyyət

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi qeyd edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib. XəbərAl.az-ın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi […]

manset Sosial

Daha 191 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq […]

Hadisə Manşetüstü

Bakıda məhbus ona görməyə gələn arvadını döydü

Bakıda məhbus ona baş çəkməyə gələn arvadına ağır xəsarət yetirib. XəbərAl.az-ın xəbərinə görə, hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Burada cəza çəkən 38 yaşlı Ramin Bayramov onunla görüşə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Hadisə manset

Mingəçevirdə polis bıçaqlandı

Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb. Unikal.org-un əldə etdiyi məlumata görə, əvvəllər məhkum olunmuş şəhər sakini Xamis Sadıqov küçədə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə olan polis əməkdaşı Məmmədov Rəşad Məzahir oğlu keçmiş məhkumdan söyüş söyməməyi xahiş edib. X.Sadıqov isə polis mayoruna bıçaqla xəsarət yetirib. Hadisəni törədən X.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Kriminal Manşetüstü

Bakıda məhbus onu ziyarətə gələn arvadına görün nələr etdi – ŞOK

Bakıda məhbus ona baş çəkməyə gələn arvadına ağır xəsarət yetirib. Hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Burada cəza çəkən 38 yaşlı Ramin Bayramov onunla görüşə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.(Report)

Dünya manset

Türkiyə səfirliyi yaxınlığına raket zərbəsi endirildi

Bağdadda hökumət binaları və səfirliklərin yerləşdiyi “yaşıl zona”ya raket zərbələri endirilib. XəbərAl.az xəbər verir ki, bu məlumatı “Əl Ərəbiyyə” yayıb. Məlumata görə, iki raketin “yaşıl zonaya” düşməsi nəticəsində partlayış baş verib. Raketlərdən biri Türkiyə səfirliyi, digəri isə Xarisiyə körpüsü yanında partlayıb. Partlayış nəticəsindən xəsarət alanların olmadığı vurğulanıb.