Dünya manset

Ərdoğanın qarşısına o çıxarılır – Müxalifətdən sensasion anlaşma

“Yeni siyasi partiya quruculuğunu davam etdirən Türkiyənin sabiq iqtisadiyyat naziri Ali Babacan qarşıdakı prezident seçkisində müxalifətin vahid namizədi olacaq”. XəbərAl.az xəbər verir ki, bunu türkiyəli politoloq Bülənt Aydəmir deyib. Politoloq müxalif cəbhənin Babacanın hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı güclü fiqur ola biləcəyini düşündüyünü bildirib və bu barədə ana müxalifət partiyaları arasında razılaşmanın olduğunu iddia […]

Kriminal Manşetüstü

Azərbaycanda 28 yaşlı qadın oğurlandı – HƏBS EDİLƏN VAR

Qazaxda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb. Rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb. Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə oğurlayıb. Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.(Report)

Cəmiyyət manset

Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib. Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər […]

Bölgə manset

Cəbhədə atışma: iki erməni yaralandı

Ermənistan ordusunun hərbçisi yaralanıb. XəbərAl.az xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində baş verib. “S.X adlı hərbi qulluqçu sağ çiynindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib”, – Noyemberyan şəhərinin tibbi mərkəzinin direktoru Qarunik Qaşyan deyib. Onun sözlərinə görə, oktyabrın 2-si səhər saatlarında yaralı hərbi hospitala köçürülüb. Ermənistan Müdafiə Nazirliyi daha bir nəfərin […]

manset Siyasət

Heydər Əliyevi inkar edən heç bir qüvvə, nə hakimiyyətə gələ, nə də vətənə, xalqa xeyir verə bilməz

Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev, yeni müstəqil Azərbaycan dövlətinin banisi olmaqla, nəinki Azərbaycan, türk, müsəlman dünyasına, hətta beynəlxalq aləmdə belə, sülhsevər xalqlar dünyasına nur saçan Azərbaycandan doğan bir Günəşdir! O, kompüter sürəti ilə çalışmış, illəri günlərə çevirmiş, xalqımızın bir millət kimi formalaşmasında, dövlətçiliyimizin yenidən qurulub-yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində adi insan təfəkkürünə sığmayan dərəcədə […]

manset Siyasət

İlham Əliyev və Putin görüşdü – Foto

Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib. XəbərAl.az-ın  məlumatına görə, görüş “Valday” beynəlxalq diskussiya klubunun 16-cı illik toplantısı çərçivəsində bu gün baş tutub. Görüşdə dövlət başçıları iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ticari-iqtisadi sahədə əlaqələrin inkişafının müsbət dinamıkasını qeyd ediblər.

Kriminal Manşetüstü

Azərbaycanda 24 yaşlı oğlan əmisinin arvadını… – MƏHKƏMƏ İŞİ (TƏFƏRRÜAT)

Quba rayonunda qardaşı arvadına qarşı cinayət törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mehman Tağıyevin məhkəməsi başa çatıb. XəbərAl.az xəbər verir ki, Mehman Tağıyev Quba rayonunun Atuc kəndində yaşadığı evdə qardaşının arvadı Günel Tağıyevanın anasına məxsus qızıl dişləri oğurladığını bəhanə edib və onunla mübahisə edib. Mübahisə zamanı Mehman Tağıyev əlindəki taxta parçası ilə üç dəfə Günel […]

Hadisə Manşetüstü

Bakıda iki kişi meyiti tapılıb

Bakıda iki kişi meyiti tapılıb. XəbərAl.az-ın xəbərinə görə, Nizami rayonu Keşlə qəsəbəsində Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Kərəm Əhmədovun, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində isə ruhi xəstə, 1964 cü il təvəllüdlü Azər Kərimovun meyitləri aşkar edilib. Hər iki şəxsin meyitinin üzərində zorakılıq əlamətləri olmayıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Manşetüstü Tədbirlər

Türkdilli dövlətlər Birgə İnvestisiya Fondu yaradacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Birgə İnvestisiya Fondu yaradılacaq. XəbərAl.az xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda bildirib. “İqtisadi əməkdaşlıq təşkilatımızın vacib ünsürüdür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bu istiqamətdə birgə addımları bəhrəlidir. Həmçinin Birgə […]