Gündəm manset

MSK-da Cəbrayılovun taleyi həll edilir

Yaxın dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayacaq. XəbərAl.az xəbər verir ki, MSK-nın iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün müraciətə baxılacaq. Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov […]

AKTUAL manset

Nazir müavini: “Bəzi kəndlərdə hələ də məktəbəqədər təhsil müəssisələri yoxdur”

“Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır”. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur: “Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər […]

Kriminal manset

Azərbaycan-İran sərhədində silahlı insident: ölənlər var – DSX

Oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub. Bu barədə XəbərAl.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. DSX tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər […]

manset Mədəniyyət

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb – FOTO

Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur. XəbərAl.az  xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib […]

İdman Manşetüstü

Ümit Özat “Sabah”dan təklif aldığını təsdiqləyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” Ümit Özatla danışıq aparır. XəbərAl.az  xəbər verir ki, bunu 43 yaşlı türkiyəli mütəxəssis “Hürriyet”ə müsahibəsində təsdiqləyib. O, doğru seçim etmək istədiyini vurğulayıb: “Adana Demirspor”dan ayrılmağım ani oldu. Bir gün səhər “halallaşaq” dedilər. Biz də “tamam” söylədik. Qovulmaq məşqçi işinə xas bir şeydir. Qovulmayan məşqçi məşqçi deyil. Bunu […]

manset Siyasət

Zakir Həsənov hərbi qulluqçuların siyahıya alınması üçün tapşırıq verib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret […]

İqtisadiyyat Manşetüstü

İran neft obyektlərinin təhlükəsizliyini gücləndirib

“İran neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib”. XəbərAl.az  TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Nəmdar-Zəngənə jurnalistlərə bildirib. Moskvada “Rusiya energetika həftəsi”ində iştirak edən nazir deyib: “Bəli, biz hər zaman çox ehtiyatlı olmalıyıq. Ümid edirəm ki, Fars körfəzi bölgəsindəki ölkələr təkcə didişmələri artırmamaq yox, həm də regionda didişmələri azaltmaq müdrikliyinə malikdirlər”.

İqtisadiyyat Manşetüstü

Azərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin azlığına görə dünyada ilk 10-luqdadır

Bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun (8,9 milyard ABŞ dollarından bir qədər çoxdur) ümumi daxili məhsula (ÜDM) nisbəti 17,6% təşkil edib. XəbərAl.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu göstəricinin azlığına görə ölkəmiz dünyada 9-cudur. Siyahıya liderliyi Honkonq edir. Növbəti yerlərdə Bruney (2,6%), Əfqanıstan (6,9%), Estoniya (7,6%), Botsvana […]

Dünya manset

Dəhşətli partlayış: Bir ailənin 6 üzvü həyatını itirdi

Eyni ailənin üzvü olan altı nəfər Əfqanıstanın Kapis əyalətində baş verən partlayışda həlak olub. XəbərAl.az xəbər verir ki, bu barədə “TOLOnews” yerli polisə istinadən xəbər verir. Hadisənin qurbanlarının dörd qadın və iki uşaq olduğu qeyd edilir. Onlar yolun kənarına qoyulmuş minaya düşərək həyatlarını itiriblər. Bundan az öncə Əfqanıstanda hava hücumları nəticəsində toy zamanı 40 nəfərin […]

Kriminal Manşetüstü

Məhkəmədən “Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu ilə bağlı – Qərar

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. XəbərAl.az xəbər verir ki, Bakı Apelasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Sunay Vəliyevin apelyasiya şikayəti təmin edilməyib. Xətai rayon Məhkəməsinin hökmü ilə Sunay Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum […]