Dünya manset

İsrail raket atəşinə tutuldu

Qəzza zolağından İsrail ərazisinə beş raket buraxılıb. XəbərAl.az-ın məlumatına görə, bir raket Sderot şəhərinin sərhədlərindən kənarda açıq əraziyə düşüb. Bundan əlavə qeyd olunur ki, raketlərin düşməsi nəticəsində yanğın baş verib, ölən və yaralanan yoxdur. İsrail ordusunun tankları və təyyarələri Qəzzanın şimalındakı Həmas hərəkatının hərbi hədəflərini raketlərin atılmasına cavab olaraq vurub.