İdman Manşetüstü

“Düdelanj” – “Qarabağ” matçına ən ucuz bilet 75 avro olacaq

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq “Düdelanj”ı qrup mərhələsinin oyunları üçün satacağı biletlərə yüksək qiymətlər qoyub. XəbərAl.az “5minutes” nəşrinə istinadən xəbər verir ki, biletlər hər üç oyuna abunə olan şəxslərə satılacaq. Qiymətlər platformaya görə 75 avro ilə 150 avro arasında dəyişəcək. Fərdi bilet əvvəlcədən satışa çıxarılmayacaq. Bunlar, sadəcə bütün abunələr satılmadıqda matç günlərində azarkeşlərə təqdim […]

Dünya manset

Əfqanıstanda hökumət binasının yaxınlığında partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabulda Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış törədilib. XəbərAl.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi bildirib. Onun sözlərinə görə, partlayış sentyabrın 5-də səhər saatlarında törədilib. Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib. Qeyd edək ki, NATO-nun mənzil-qərargahı, ABŞ səfirliyinin binası, Əfqanıstan hökumətinin binaları, o cümlədən Müdafiə Nazirliyi […]

Dünya manset

Pekin Vaşinqtonla razılaşdı – 13-cü raund

Pekin və Vaşinqton ticarət danışıqlarını bərpa etməklə bağlı razılığa gəliblər. XəbərAl.az  xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi informasiya yayıb. Məlumata görə, danışıqların 13-cü raundu oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcək. Buna qədər tərəflər əlaqədə olacaq, sentyabrdan etibarən görüş ərəfəsində məsləhətləşmələrə start veriləcək.

Manşetüstü Sosial

Azərbaycanda ailə münaqişələri nəticəsində 42 qadın öldürülüb – Ötən il

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib. Trend-in məlumatına görə, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub. Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə […]

Dünya manset

Ərdoğan: Türkiyə nüvə silahı əldə etmək istəmir

Türkiyə nüvə silahı əldə etmək istəmir. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. T.Ərdoğan bildirib: “Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın, mən bunu qəbul etmirəm”. Ölkənin maliyyə vsektorundakı vəziyyəti şərh edən Türkyiyə prezidenti qeyd edib ki, hazırda faiz dərəcələrinin və inflyasiyanın azalması müşahidə edilir. T.Ərdoğan bu tendensiyanın bundan […]

Kriminal Manşetüstü

Oğul anasını boğdu, sonra meyitini yandırdı – Nardaranda

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. XəbərAl.az xəbər verir ki, onun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu dəhşətli qətllə bağlı məhkəmə prosesi başlanacaq. İttihama görə, hadisə bu ilin mayın […]

Dünya Manşetüstü

MOSSAD-ı 17 il yuxuya aparan – Məşhur ərəb

Rafaat Əli Süleyman əl-Camal ərəb dünyasının qəhrəmanı sayılan kəşfiyyatçıdır. Qeyri-rəsmi məlumatlara görə, o, 17 il İsraildə məxfi kəşfiyyat fəaliyyəti göstərib və MOSSAD-ın planlarını Qahirəyə çatdırıb. XəbərAl.az bu müəmmalı casusla bağlı yazını təqdim edir. Rafaat Əli Süleyman əl-Camal 1927-ci ilin iyulun 1-də Misirin Dumyat bölgəsində doğulub. Özəl məktəbdə ingilis və fransız dillərini səlis öyrənib. Uşaq yaşlarında […]

İqtisadiyyat Manşetüstü

Dolların məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı 5 sentyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan XəbərAl.az-a verilən məlumata görə, sentyabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,8747 manat təşkil edir. 1 türk lirəsi 0,3002 manat, 1 rus rublu 0,0257 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5741 manatdır.

Dünya manset

SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi

İndoneziyada dəhşətli yeraltı təkanlar qeydə alınıb. XəbərAl.az xəbər verir ki, ölkənin Şimali Maluku əyalətində 5 bal gücündə zəlzələ baş verib. İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu (BMKG) episentri Ternate bölgəsinin 152 km yaxınlığında yerləşən zəlzələnin ocağının 10 km dərinlikdə olduğunu açıqlayıb. İMİG və Sakit Okeanı Sunami Mərkəzi yeraltı təkanlardan sonra sunami xəbərdarlığı verməyib. İlkin məlumata görə, […]