Cəmiyyət manset

Aydın Mirzəzadədən YAP-çı deputatlar arasındakı gərginliyə REAKSİYA

“Azərbaycan” qəzetinin maliyyə mənbəyi haqda heç bir bilgim yoxdur. Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, həm Siyavuş Novruzov, həm də Bəxtiyar Sadıqovun Milli Məclisin tanınan nüfuzlu deputatlarından olduğunu vurğulayıb: “Hər ikisi ictimaiyyətdə dövlətcil, insanların problemlərinin həllinə yönələn təkliflərlə çıxış edən, öz deputat vəzifələrinə məsuliyyətlə yanaşan insanlar kimi tanınırlar. Hər ikisinə hörmətim var. […]

Kriminal manset

Səhər tezdən ailəli bacısını yad kişi ilə tutdu, sonra… – Sabirabadda şok olay

Biləsuvar rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Əli Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. XəbərAl.az xəbər verir ki, Əli Süleymanovun bacısı Ramilə ailəli olub (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.), amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb. […]

Hadisə Manşetüstü

17 yaşlı oğlan öz sevgilisini güllələdi – Təfərrüat

Türkiyənin Dənizli şəhərində cinayət hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, 15 yaşlı Zeynəb Atagül, sevgilisinin doğum günündə sevgilisi tərəfindən tüfənglə qətlə yetirilib. Cinayətdən dərhal sonra nəzarətə götürülən 17 yaşlı U.K, tüfəngin təsadüfən açıldığını bildirib. Qətliamdan sonra hadisə yerinə səhiyyə və polis işçiləri cəlb edilib. Həkimlər Atagülün elə hadisə yerindəcə həyatını itirdiyini söyləyiblər. Qeyd edək […]

Manşetüstü MARAQLI

“iPhone” işlədənlərə pis xəbər

“Apple” şirkəti İOS 13 əməliyyat sistemini istifadəyə verdikdən sonra bəzi “iPhone”lar bu əməliyyat sistemini dəstəkləməyəcək. XəbərAl.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV yayıb. Məlumata görə, bu əməliyyat sistemini dəstəkləməyən telefonlar “Apple”ın 2016-cı ildən əvvəl təqdim etdiyi “iPhone”lardır. İOS 13-ü aşağıdakı “iPhone” modelləri dəstəkləməyəcək: “iPhone 6”, “iPhone 5S”, “iPhone SE”. Qeyd edək ki, […]

Hadisə manset

Azərbaycanda generalın qohumu qətlə yetirildi

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib. XəbərAl.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb. […]

Hadisə manset

Təkəri partlayan yük maşını yoldan çıxaraq evə çırpıldı – YARALILAR VAR

Türkiyənin Kayseri vilayətində dəhşətli yol qəzası baş verib. XəbərAl.az  Sözcü-yə istinadən xəbər verir ki, Kayserinin Hacılar qəsəbəsi yaxınlığında şose yolunda hərəkət edən yük maşınının təkəri qəfil partlayıb. Sürücünün idarəetməsindən çıxan yüklə dolu TIR yolun kənarındakı evə çırpılıb. Zərbənin gücündən ev tamamilə dağılıb, yük maşını isə aşıb. Evdə olan sakinlərin və sürücünün ağır xəsarət aldığı bildirilir.

Dünya manset

Dünya bu dəhşətli dərsi almalı idi – Duda

II Dünya müharibəsi barədə yaddaş oxşar hadisələrin gələcəkdə təkrarlanmasına izn verməyəcək. XəbərAl.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. “Dünya bunu yaşamalıydı ki, dəhşətli dərs alsın. Bu dərs on milyonlarla dinc insanın həyatını itirməsinə səbəb oldu. Müharibənin tarixi hətta onun şahidləri dünyadan gedəndən sonra belə unudulmamalıdır”, – deyə o bildirib.

manset Sosial

Siyavuş Novruzov həmkarını tənqid etdi: “Arzu edir ki, imkanlı adamın ailəsindən kimsə…”

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərə ilk etiraz elə hakim partiyanın üzvündən gəlib. YAP üzvü olan deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hakim partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun dediklərinə qarşı çıxıb. XəbərAl.az-ın məlumatına […]

Cəmiyyət manset

Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edildi

Söyüşcül bloqer Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə “Kavkazskiy uzel” nəşri məlumat yayıb. Polisdən verilən məlumata görə, E.İsayevin pasportu etibarsız hesab edilib. O, Rusiyada qalma rejimini pozmaqda günahkar bilinib və 5 min rubl cərimə olunub. E.İsayev hazırda Leninqrad vilayətindəki Miqrantların müvəqqəti saxlanılma mərkəzindədir və Azərbaycana deportasiya olunmasını gözləyir. Qeyd edək ki, söyüşcül bloqer […]