Dünya manset

Davudoğlunun partiyasının görüntüləri yayıldı – Video

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun quracağı partiyanın qərargahının görüntüləri yayımlanıb. XeberAl.az xəbər verir ki, partiyanın qərargahı Ankara şəhərində Beysukənddəki üç mərtəbəli binada yerləşir. Binada Əhməd Davudoğlunun fikirlərinin yazıldığı plakat diqqət çəkib. Məlumatlara görə, Davudoğlu sözügedən binada həm partiyasında təmsil olunan şəxslərlə, həm də özəl görüşlər keçirir. Təhlükəsizlik kameraları ilə əhatələnən binaya sabiq baş nazirin […]

Kriminal manset

İtkin düşmüş bacı-qardaşı aparan qadın tutuldu

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri […]

Hadisə manset

Saxta spirtli içki hazırlayan sex aşkarlandı – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb. XeberAl.az xəbər verir ki, baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif […]

manset Siyasət

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib. XeberAl.az təbrikin mətnini təqdim edir: “Hörmətli cənab Prezident, İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq […]

Manşetüstü Maqazin

Fahriye Evcenin son halı TƏƏCCÜBLƏNDİRDİ – FOTO

Bodrum istirahətindən sonra oğlu Karan və həyat yoldaşı Burak Özçivitlə İstanbula geri dönən Fahriye Evcenin artıq çəkisi müzakirələrə səbəb olub. XeberAl.az xəbər verir ki, həyat yoldaşı ilə görüntülənən aktrisanın son halı görənlərin təəccübləndirib. Sosial şəbəkədəki izləyiciləri aktrisanın kökəlməsini müzakirə edərkən Evcen sevənlərinə belə cavab verib: “Hər ana, hər qadın çox gözəldir!”

Dünya manset

Atambayevin televiziyası da əlindən alındı

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin 25 kommersiya bankındakı hesabına həbs qoyulub. XeberAl.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Baş Prokurorluğu yayıb. Atambayevin hesabları ilə yanaşı, ailəsinə məxsus olan bütün əmlak, qiymətli kağızlar və səhmlərə də həbs qoyulub. Bişkek həmçinin, Qırğızavtomaş ASC-ni, “Aprel” televiziyasını, “Media Forum” ASC və Aprel İctimai Fondunu da Atambayevin əlindən alıb.

Hadisə manset

Bakıda yataqxana binasında yanğın

Bakıda yataqxana binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) XeberAl.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otaqda 2 m² sahədə yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

manset Sosial

12 kəndin qaz təchizatı dayandırıldı – Qəza səbəbindən – FOTO

Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib. “Azəriqaz”dan XeberAl.az-a verilən məlumata görə, yaranmış vəziyyətə görə saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.

Cəmiyyət manset

Prezident onlara general rütbəsi verdi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: “general-leytenant” hərbi rütbəsi general-mayor Abbas Sultan oğlu Xəlilova general-mayor Ehram Arif oğlu Hacıyevə “general-mayor” […]