Hadisə

Bakıda ata və oğlu iki nəfəri döyərək xəsarət yetirib

Bakının Nizami rayonunda iki nəfər ata və oğul tərəfindən döyülüb. APA xəbər verir ki, 1977-ci il təvəllüdlü Musayev Sərxan Yaqub oğlu və 1966-cı il təvəllüdlü Bağırov Nuri Zaman oğlu naməlum şəxslərin fiziki zorakılığına məruz qalıb. İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər ata və oğul olub. S.Musayev və N.Bağırovun Qarabağ müharibəsi əlilləri olduğu deyilir. […]

Hadisə

Şəkidə azyaşlı kimyəvi maddə içərək zəhərlənib

Şəkidə 4 yaşlı uşaq kimyəvi məhluldan zəhərlənib. APA-nın məlumatına görə, iyulun 5-də axşam saat 21:00 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2015-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Cəfərov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildiriblər ki, müayinə zamanı 4 yaşlı S.Cəfərovun yaşadığı ünvanda ehtiyatsızlıqdan maddələri durultmaq üçün istifadə edilən […]

Bölgə

Şəki sakini laqunda ilə özünə xəsarət yetirib

Şəkidə 59 yaşlı kişi ehtiyatsızlıqdan laqunda ilə özünə xəsarət yetirib. APA-nın məlumatına görə, iyulun 5-də axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1960-cı il təvəllüdlü Fərhad Mahmud oğlu Səlimov döş qəfəsinin kəsilmiş-cırılmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Bildirilir ki, F.Səlimov axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində laqunda ilə ağac budayan zaman ehtiyatsızlıqdan döş […]

Ölkə

Mehdiabad qəsəbəsində 62 yaşlı kişi özünü bıçaqlayıb

Abşeron rayonunda 62 yaşlı kişi özünə xəsarət yetirib. APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivində baş verib. 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Müsül oğlu bıçaqla özünü yaralayıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır oluğu bildirilir.

Hadisə

Abşeronda qadın ruhi-əsəb xəstəsi olan kürəkəni tərəfindən döyülüb

Abşeron rayonunda kürəkən qayınanasını döyüb. APA-nın məlumatına görə, hadisə Novxanı qəsəbəsi, İ.Qayıbov küçəsində baş verib. 1976-cı il təvəllüdlü Əhmədova Elnarə Həsənağa qızı döyülmə xəsarətləri ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ruhi-əsəb xəstəsi olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Region

Qarğıdalı sahəsinə yollanan Ağdam sakininin meyiti tapılıb

Ağdamda 55 yaşlı kişinin meyiti qarğıdalı sahəsində tapılıb. APA-nın yerli muxbirinin xəbərin görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini Sərxan Mehdiyev sahədən qarğıdalı yığmaq üçün evdən çıxdığını bildirib. Lakin ailə üzvləri S.Mehdiyevin evə gəlmədiyindən narahat olduğu üçün onun axtarışlarına başlayıb və S.Mehdiyevi sahədə ölü vəzyyətdə aşkar ediblər. Hadisə ilə bağlı Ağdam Rayon Polis […]

Hadisə

Bakıda qadın tanışı olan kişini bıçaqlayıb

Bakıda 40 yaşlı kişi qadın tərəfindən bıçaqlanıb. APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsi, İmanov küçəsi 28 ünvanında 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Özünün dediyinə görə, Fatma adlı qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bölgə

Gəncədə sərxoş şəxs öz evinə od vurub

Gəncə şəhərində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb. Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə […]

Dünya

Kanadada 5,1 maqnitudalı zəlzələ qeydə alınıb

Kanadanın qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Xeberal-in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Geoloji Araşdırmalar mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:58-də Bella-Bella yaşayış məntəqəsinin 229 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində dağıntılar və ya tələfat barədə məlumat verilmir.

Ana Səhfə

Bakıda bir nəfər Xəzərin qeyri-çimərlik hissəsində boğulmaq təhlükəsi ilə üzləşib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub. APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat yer alıb. Bildirilir ki, Zaqulba qəsəbəsində qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimən şəxs qəfildən boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri həmin şəxsi xilas edib.