Hadisə

FHN əməkdaşları suda boğulan 4 nəfərin həyatını xilas edib

Bu gün çimərliklərdə çimərkən 4 nəfər batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində həmin şəxslərin həyatı xilas edilib.

AKTUAL

Gürcüstan-Ermənistan sərhədində yanğın baş verib

Gürcüstan-Ermənistan sərhədinin Marneuli rayonunun Qaçağan kəndi ərazisinə düşən sərhəd zolağında yanğın baş verib. APA  Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, tikanlıq ərazidə başlayan yanğın əvvəlcə sərhəd xəttinin Ermənistan tərəfində alovlanıb. Yanğının söndürülməsi məqsədi ilə ərqaziyə Gürcüstan tərəfdən 7 yanğınsöndürmə qrupu cəlb edilib. Vəziyyətin hazırda nəzarətdə olduğu bildirilir.

Ana Səhfə

Bakıda mağazada satıcını küt alətlə döyüblər

Binəqədi rayonunda marketdə döyülmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən marketlərin birində baş verib. 1975-ci il təvəllüdlü Həmzəyev Malik Samir oğlu satıcı işlədiyi marketdə naməlum şəxslə dava edib. O, küt alətlə (beysball çubuğu) döyülüb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Hadisə

Sabunçuda yol qəzasında 3 nəfər ağır xəsarət alıb

Sabunçu rayonunda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Kürdəxanı yolunda baş verib. 1957-ci il təvəllüdlü Abbasov Hidayət Məhəmmədəli oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn minik maşını ilə toqquşub. Qəza nəticəsində H.Abbasov xəsarət alıb. Digər avtomobildə olan 3 nəfərdən 2-si də xəsarət alıb. 1966-cı il təvəllüdlü Babayeva Rəfiqə Hüseyn […]

Ana Səhfə

Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib. APA-nın məlumatına görə, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin […]

Hadisə

Bakıda motosikletlə avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb

Xəzər rayonunda motosikletlə avtomobil toqquşub, 1 nəfər yaralanıb. APA xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib. 1952-ci il təvəllüdlü Samonin Qriqori Pavloviç idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirərək minik avtomobilinə çırpılıb. Nəticədə o, ağır xəsarət alaraq 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Yaralıya baş-beyin silkələnməsi, üz nahiyəsinin kəsilmiş-sıyrılmış yaraları və bədənin müxtəlif […]

Mədəniyyət

“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş etdirilib

Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib. APA xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə təşkil edilmiş təqdimatda diplomatik […]

Siyasət

Cavad Zərif: “Bu qərarın heç kimə faydası olmayacaq”

“Sanksiyaların mənim üçün bir problemi yoxdur”. APA “CNN”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın aparıcı qəzetlərdən birinə rəsmi Vaşinqton tərəfindən ona qarşı irəli sürülən sanksiyaları şərh edərkən deyib. O bildirib ki, onu tanıyan hər kəs bilir ki, İranda, eləcə də xaricdə nə özünə, nə də ki, ailəsinə məxsus […]

AKTUAL

Helikopter qəzasında 7 ABŞ vətəndaşı həlak olub

Baham adalarında ABŞ-a məxsus helikopter qəzaya uğrayıb. Xeberal “Tass”a istinadən xəbər verir ki, qəza nəticəsində helekopterdə olan 7 nəfər ABŞ vətəndaşı həlak olub. Onların arasında Qərbi Virciniya ştatından olan amerikalı milyarder Kristofer Klaynın da olduğu bildirilir. Helikopter adadan ABŞ istiqamətinə uçarkən qəzaya düşüb. ABŞ polisi faktı təsdiqləyib.