Siyasət

Penitensiar Xidmətin Müalicə müəssisəsində başçəkmə keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində başçəkmə həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi […]

AKTUAL

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın zənginlədirilmiş uran ehtiyatlarını artırdığını təsdiqləyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Yukiya Amano İranın az zənginlədirilmiş uran ehtiyatlarını artırdığını təsdiqləyib. Xeberal-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Agentliyin sözçüsü Fredrik Dahl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yukiya Amano İranın zənginləşdirilmiş uran ehtiyatlarının 300 kiloqramı keçməsi ilə bağlı qurumun idarə heyətini məlumatlandırıb.

Secme Xeberler

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın […]

Ölkə

Ədliyyə Nazirliyi: 65 bələdiyyə sədri barədə protokollar məhkəmələrə göndərilib

38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək akt Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib. Bildirilib ki, görülmüş […]

manset

Sumqayıtda 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub

Polis günü ərəfəsində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Vilayət Eyvazovun salamlarını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və […]

AKTUAL

Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb

2019-cu ildə Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Qeyd olunub ki, Azərbaycan adları, fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatların verilməsi barədə e-xidmətlərinə daha çox müraciət olunub. Kollegiya iclasında vətəndaşlar üçün daha aktual və tələbli olan yeni […]

Secme Xeberler

Vladimir Putin Roma Papası ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin iyulun 4-ü İtaliyaya səfər edəcək. APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Vladimir Putin İtaliya prezidenti Sergio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşəcək. Vladimir Putinin Vatikana da səfəri gözlənilir. O, Roma Papası Fransisklə görüşəcək.

AKTUAL

Səfir: “Azərbaycanla Hindistan arasında əlaqələr tarixi bağlar əsasında qurulub”

“Azərbaycan iqtisadiyyatı diversifikasiya prosesindədir, islahatlar həyata keçirilir və bu hindistanlı iş adamları üçün çox cəlbedicidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan-Hindistan iş adamlarının görüşü zamanı çıxışında Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq deyib. O bildirib ki, Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və mədəni bağlar əsasında qurulub: “1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu yana Azərbaycan və Hindistan […]

Kriminal

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı ibtidai istintaq başa çatıb

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı təqsirləndirilən Oqtay İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, bu il martın 8-də saat 15 radələrində Suraxanı […]

Dünya

Almaniyada hərbi təlim helikopteri qəzaya uğrayıb

Almaniyanın Hameln-Pirmont rayonunda “Eurocopter EC135” tipli hərbi təlim helikopteri ən aşağı uçuş fəndini icra edərkən qəzaya uğrayıb. APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilir ki, qəza Bükkeburq şəhərindəki hərpi pilot hazırlığı üzrə beynəlxalq mərkəzin 30 kilometrliyində, meşə yaxınlığında baş verib. Yerə çırpıldıqdan sonra helikopter yanıb. Nəticədə pilot ölüb, daha bir nəfər […]