İqtisadiyyat

Azərbaycanda sığorta şirkətlərinin iflası zamanı könüllü sığorta növləri üzrə təminat veriləcək

Könüllü sığorta növləri üzrə qarantiya mexanizmi yaradılacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığorta şirkətlərinin iflası zamanı könüllü sığorta növləri üzrə təminatın verilməsi üçün qarantiya mexanizminin yaradılmasını təmin etməlidir.

Ana Səhfə

Rusiya S-500-lərin istehsalına başlayır

Rusiya S-500 zenit-raket komplekslərinin istehsalına başlayır. APA-nın məlumatına görə, bunu bu gün “Rostex” Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov “Rossiya-1” telekanalının Azərbaycan əsilli jurnalisti Nailə Əsgərzadəyə müsahibəsində bildirib. S. Çermezov yaxın vaxtlarla S-500-lərin Rusiya ordusunda silahlanmaya qəbul ediləcəyini söyləyib. “Rostex” rəhbəri S-400-lərlə müqayisədə S-500-lərin daha müasir və uzaqmənzilli silah kompleksləri olduğunu qeyd edib. Qeyd edək ki, […]

İdman

Minsk-2019: Bağlanış mərasimində Oyunların bayrağı Krakov şəhərinə ötürülməyəcək

Bu gün keçiriləcək Minsk-2019 II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq. APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Minsk-2019-un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, mərasim zamanı Oyunların bayrağı sadəcə […]

manset

Daşkəsənə diametri 12 milli metr dolu yağıb

Azərbaycanın rayonlarında qeyri sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ölkə Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır. Daşkəsən rayonuna saat 20:35-20:45 radələrində diametri 12 milli metr dolu yağıb.

Dünya

Türkiyə XİN Liviyada tutulan 6 Türkiyə vətəndaşı ilə bağlı sərt reaksiya verib

Türkiyənin Xarici İşlər Nazirliyi Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Xəftərin tərəfdarlarının 6 Türkiyə vətəndaşını girov götürməsinə sərt reaksiya verib. APA-nın məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Liviyada 6 Türkiyə vətəndaşının Xəftərə tabe olan qanunsuz qüvvələri tərəfindən 6 vətəndaşımızın tutulması quldurluq və pirtaçılıqdır. Vətəndaşlarımızın dərhal sərbəst buraxılmasını tələb edirik. Əks təqdirdə Xəftərin […]

Siyasət

Elmar Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru Odre Azule ilə görüşdü. Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söylədi. Komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə […]

Hadisə

Şirvanda qəza yerində digər avtomobil tərəfindən vurulan yol polisi Bakıya yola salınıb

Hadisə yerində yol qəzasının baş vermə səbəblərini aydınlaşdırarkən Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlunun idarə etdiyi 52 BX 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulan Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı 1988-ci il təvəllüdlü BabayevToğrul Ağasəfər oğluna reanimasion tədbirlər görülüdükdən sonra vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb. […]

İdman

AOK prezidenti: “Minsk-2019 təmiz Oyunlar olub”

“Minsk-2019 II Avropa Oyunları zamanı ciddi problem olmayıb. Xırda məsələlər baş veribsə, o da tezliklə aradan qaldırılıb”. APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Minsk-2019-un Koordinasiya Komitəsinin rəhbəri Spirol Kapralos Oyunların yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, II Avropa Oyunları gözləntiləri artıqlaması ilə doğruldub: “Son zamanlar biz çoxlu vaxt sərf […]

Ana Səhfə

İyunda ölkə ərazisində 99 ədəd partlamamış hərbi sursat tapılıb

2019-cu ilin İyun ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 101 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan APA-ya verilən […]

Secme Xeberler

Avropada rekord isti hava müşahidə edilir

Qərbi və mərkəzi Avropada bir neçə gündür ki, yüksək isti günlər müşahidə edilir. Bir neçə ölkədə müşahidə edilən tarix ərzində ən isti gün rekordları qeyd alınıb. APA “amerikaninsesi”nə istinadən xəbər verir ki, Polşada və Çexiyada iyun ayı üçün rekordlar qeydə alınıb. Bu ölkələrdə temperatur 38 dərəcəyə çatırdı. Bu gün Almaniya, Polşa və Çexiyada oxşar isti […]