manset

Nizam Osmanov: “Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır”

“Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır”. APA-nın xəbərinə görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib. N. Osmanov qeyd […]

İdman

Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, Ali Hərbi Məktəbin əməkdaşları, məzunların ailə üzvləri və digər şəxslər iştirak ediblər. Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikası […]

İqtisadiyyat

Neft yenidən bahalaşıb

İyunun 21-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,33% artaraq 1 barelə görə 65,31 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, iyunun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,91% artaraq 57,59 dollar təşkil edib.

Hadisə

Bakıda qəza törədən dünya çempionun yenidən cinayət işinə baxılacaq

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 3 qat dünya çempionun Urxan Orucovun barəsində olan hökmdən prokurorluq tərəfindən verilən apellyasiya şikayəti icraata verilib. APA-nın məlumatına görə, prokurorluğun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin baxış iclası yaxın günlərdə təyin olunacaq. Qeyd edək ki, ötən il yanvarın 25-də Bakıda piyada Səlim […]

Ana Səhfə

“Aeroflot” Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb

Rusiyanın ən böyük hava yolları şirkəti olan “Aeroflot” iyulun 8-dən etibarən Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb. APA-nın xəbərinə görə, bu barədə hava yolları şirkəti öz saytında məlumat dərc edib. Aviaşirkət bildirib ki, iyulun 8-i və ya sonrakı günlərdə Rusiyaya səfər üçün bileti olan sərnişinlər bu səfəri heç bir əlavə ödəniş etmədən daha erkən tarixə keçirə […]

Kriminal

Həyat yoldaşı və qayınanasını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə həyat yoldaşı və qayınanasına öldürməyə cəhddə təqsirləndirilən 1987-ci il təvəllüdlü Elnar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 25-ə təyin edilib. Qeyd edək ki, bu il fevralın 14-də Elnar Cəfərov mübahisə nəticəsində […]

Hadisə

Bakıda 62 yaşlı kişi itkin düşüb

Bakıda 62 yaşlı kişi itkin düşüb. APA-nın məlumatına görə, Nəsimi rayon sakini Səyalı Qasımova rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, əri, 1957-ci il təvəllüdlü Xanlar Qasımovun iyunun 19-da evdən çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Bakıda 39 nəfərə qarşı dələduzluq edən maklerin istintaqı başa çatıb

Bakıda dələduzluqda təqsirləndirilən Abdinov Həmid İntiqam oğlunun barəsində aparılan ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, H. Abdinov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. Cinayət işi üzrə 39 nəfər zərərçəkən şəxs tanınıb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarına müraciət […]

Ana Səhfə

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Babək prospekti 32 ünvanında qeydə alınıb. Şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanılıb.