manset

“Loqos” un Azadlıq filialında Yunus Əmrə İnstitunun təqdimatı keçirilib.

Təqdimat mərasimində “Loqos” un rəhbəri Təranə Məmmədova, Yunus Əmrə İnstitunun rəhbəri Cihan Özdemir, Yunus Əmrə İnstitunun Mədəniyyət şöbəsinin koordinatoru Nuranə Tağıyeva, Yunus Əmrə İnstitunun Təhsil şöbəsinin koordinatoru Ali İhsan Çevik və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin fəal gəncləri iştirak ediblər. Əvvəlcə tədbiri açıq elan edən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova tədbirin […]

Region

Zaqatala sakinini ilan sancıb

Zaqatalada 40 yaşlı kişini ilan sancıb. APA-nın məlumatına görə, bu gün rayonun Faldar kənd sakini, 1979-cu il təvəllüdlü Natiq Ramin oğlu Səfərov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildirilib ki, N.Səfərov özünə məxsus sahədə təsərrüfat işləri aparan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. N.Səfərova lazımi tibbi […]

AKTUAL

Kamal Kılıçdaroğlu: “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu”

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə əlaqədar münasibət bildirib və nəticələri müsbət qiymətləndirib.   APA xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində açıqlama yayıb. CHP lideri “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu” – deyə seçkinin nəticələrini qısaca […]

AKTUAL

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə bağlı öz münasibətini bildirib və CHP-nin namizədi Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edib. APA-nın Türkiyə bürosu xəbər verir ki, “Twitter” hesabından paylaşım edən Ərdoğan milli iradənin bir daha öz gücünü göstərdiyini bildirib. “İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermənin nəticələrinin İstanbulumuz […]

Dünya

YSK sədri İstanbulda təkrar səsvermə ilə bağlı ilkin açıqlama verib

Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güvən İstanbulda bu gün keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ilkin açıqlama verib. APA-nın xəbərinə görə, YSK sədri səsvermənin nəticəsinə dair konkret rəqəm açıqlamayıb. “Seçki bütün millətimiz üçün xeyirli olsun. Haqq edən şəxsə mandat ən qısa vaxtda təqdim olunacaq”, – deyə o, əlavə edib.

Bölgə

Samuxda qohumu ilə mübahisə edən şəxs avtomobillə onun üstündən keçib

Samux sakini mübahisə etdikdən sonra “Niva” markalı avtomobillə qohumunun üstündən keçib. APA-nın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədəninin müəyyən hissələrində sınıq xəsarətləri aşkarlanıb. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident onlar arasında yaranmış mübahisədən sonra baş […]

manset

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. APA-nın xəbərinə görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə […]

Kriminal

Mingəçevir çimərliyində 39 yaşlı kişi bir neçə şəxs tərəfindən döyülüb

Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb. APA-nın məlumatına görə, hadisə Mingəçevir Su Anbarında yerləşən və “Üçüncü buxta” adlanan çimərlikdə baş verib. Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə […]