AKTUAL

Leytenant Asim Hüseynli: Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərilir

Bir zabit kimi ölkəmizdə ordu quruculuğunun hər zaman prioritet məsələ olduğunu, Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini, xalq tərəfindən ordu mənsublarına xüsusi rəğbət və hörmət bəsləndiyini hər an öz üzərimdə hiss edirəm. Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, leytenant Asim Hüseynli deyib. A.Hüseynli bildirib ki, biz Vətən qoruyucuları, […]

manset

Qaçqınkom prezidentin göstərişinə qarşı

Bu gün toxunacağımız məsələ ölkəmiz üçün həssas məsələlərdən biri olan qaçqınlar və məcburi köçkünlərin problemləridir. O problemlər ki, Ali Baş Komandan İlham Əliyev hər zaman onların qayğısına qaldığını diqqətə çatdırmış, onların problemlərinin həlli yolunda öz töhfələrini vermişdir. Lakin bu gün Prezidentin müvafiq qərarlarına yuxarı dairələrdə hörmətsizliklər edilir. Prezidentin qərarlarına məhəl qoyulmur, nə də icra edilmir. […]

AKTUAL

Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir

“Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır”. Bu fikirləri […]

AKTUAL

Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir

“Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək”. Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, minimum əməkhaqqının artırılması […]

AKTUAL

İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur

“Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir”. Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. İ.Həbibbəyli bildirib ki, aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər […]

AKTUAL

Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır

“Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib. A.Badamov bildirib ki, bu ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paketi çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı: “Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil və […]

AKTUAL

Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab olunur. Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin […]

Ölkə

Bu gün I və IV qrupların imtahanıdır

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır. İmtahanların […]

Dünya

In Trampdan “maraqlı məzmunlu” məktub alıb

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampdan şəxsi məktub alıb. Bu barədə “Yonhap” agentliyi Koreyanın mərkəzi teleqraf agentliyinə (KMTA) istinadən xəbər verir. KMTA-nın yaydığı məlumata əsasən, məktubun “əla məzmun”u var. “Trampın siyasi dərrakəsi və müstəsna cəsarətini dəyərləndirərək Kim Çen In bildirir ki, maraqlı məzmun (red.-məktubun) üzərində ciddi düşünəcək”, – deyə agentliyin məlumatında […]